UNEC əməkdaşları seminarda: “Universitetlərin strateji inkişafı”

07 SENTYABR 2017 | OXUNUB:
355

Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı ilə Avropa Komissiyasinin TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) layihəsi çərçivəsində “Universitetlərin strateji inkişafı” adlı təlim-seminar keçirilib.

UNEC-in Elm və innovasiyalar mərkəzinin direktoru, professor Sakit Yaqubov, Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev, Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi mərkəzinin direktoru Raqif Qasımov və direktor müavini Söhrab İsayev, UNEC Biznes Məktəbinin direktor müavini Fariz Quliyev təlimdə iştirak ediblər.

Təlim-seminarda ali təhsil müəssisələrinin məsul vəzifələrində çalışan şəxslərə universitetlərin strateji inkişaf planlarının hazırlanması və həyata keçirilməsində universitetlərin inkişafına dəstək ola biləcək bilik və bacarıqları aşılanıb. Almaniya, Belçika və Portuqaliyadan dəvət olunan ekspertlər seminar iştirakçılarına Avropa universitetlərinin ən yaxşı təcrübə və nümunələri əsasında strateji planlaşdırma kontekstində ali təhsil müəssisələrinin  inkişaf planının yaradılması və icrasını təqdimatla izah ediblər.

Qeyd edək ki, TAIEX proqramının məqsədi təlimlər və digər dəstəkləyici tədbirlər vasitəsilə Avropa Birliyi ölkələrində mövcud olan bilik və təcrübəni digər ölkələrdəki dövlət qurumları ilə paylaşmaqdır.

356 1