UNEC haqqında abituriyentlər üçün maraqlı 17 fakt

31 İYUL 2021 | VIEWS:
248

UNEC haqqında abituriyentlər üçün maraqlı 17 fakt

1. UNEC-də , I, II, III, IV və V ixtisas qrupları üzrə abituriyent qəbulu aparılır.
2. Texniki və texnoloji ixtisaslar üzrə təhsil alan tələbələr 12 ən müasir laboratoriya, auditoriya, mühazirə və linqafon otaqları, yeməkxana, idman zalı, kitabxana, konfrans zalları ilə təchiz edilən, modern memarlıq elementləri ilə zəngin kampusda təhsil alacaqlar.
3. UNEC-də tədris 4 dildə – azərbaycan, türk, rus və ingilis dillərində aparılır.
4. UNEC 600-dən yüksək bal toplayan abituriyent və beynəlxalq olimpiada qaliblərinə 100 AZN məbləğində xüsusi təqaüd verir.
5. Semestr ərzində imtahanlarda ən yüksək nəticə göstərən hər kurs üzrə 15 tələbə 100 AZN məbləğində ikinci əlaçı təqaüdü qazanır.
6. Beynəlxalq bazalarda indeksləşən jurnallarda dərc olunan elmi məqaləyə görə tələbələr 4 min manatadək qonorar əldə edə bilirlər.
7. UNEC-də 4 ildə 2 müxtəlif diplom qazanmaq şansı yaradılıb. Tələbələr 4 il ərzində UNEC-lə yanaşı, Fransanın Montpellier Universiteti, Paris şəhərində yerləşən Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan ICD Beynəlxalq Biznes Məktəbinin və Rusiya Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universitetinin diplomunu əldə edirlər.
8. UNEC-də bir ixtisasa qəbul olub, iki ixtisasın diplomunu qazanmaq mümkündür. Universitet Daxili İki Diplom (UDİD) proqramı tələbələrə qəbul olunduğu ixtisasla yanaşı, ikinci ixtisas üzrə də bakalavr dərəcəsi almaq şansı yaradır. Proqramın məzunları iki ixtisas üzrə ayrı diploma sahib olacaqlar.
• 700 bal toplayaraq UNEC-ə daxil olmuş abituriyentlər UDİD proqramına ödənişsiz qoşulacaq. 600 və daha yüksək bal toplayanlar isə proqram üzrə təhsil haqqının 50%-ini ödəyəcəklər.
9. Tələbələr İxtisas üzrə Minor təhsil proqramıma qoşularaq, əsas ixtisas proqramlarında olmayan, maraq göstərdikləri digər bir ixtisas üzrə müvafiq sertifikatlar əldə edə biləcəklər.
10. “Erasmus+” və “Mövlana” beynəlxalq proqramları çərçivəsində tələbələr Avropa və Türkiyənin nüfuzlu universitetlərində mübadilədə iştirak edirlər.
11. UNEC tələbələri innovativ və operativ xidmət olan “Bir pəncərə” sistemi vasitəsilə lazım olan arayışları onlayn şəkildə əldə edirlər.
12. UNEC-də tədris Amerika, Kanada və Avropanın ən nüfuzlu universitetlərinin məzunları olan gənc müəllimlər tərəfindən aparılır.
13. Elektron Universitet Modeli vasitəsilə tələbələr mühazirə, dərs materialları, dərs cədvəli, imtahan balı, dərsə davamiyyət barədə məlumatları şəxsi elektron kabinetindən əldə edirlər.
14. UNEC İnnovativ Biznes İnkubatoru tələbələrə kreativ ideyalarını şəxsi bizneslərinə çevirməyə dəstək olur.
15. UNEC-də fəaliyyət göstərən 24/7 kitabxana tələbələrə fasiləsiz olaraq dərs və imtahanlara rahatlıqla hazırlaşa bilirlər, eləcə də oxu zallarında və kitabxanalarda dünyanın aparıcı universitetlərinin elektron kitabxana bazalarından istifadə edirlər.
16. Elektron Kitabxana tələbələrə 1 mliyondan çox resursa çıxış imkanı yaradır.
17. UNEC Yaradıcılıq Mərkəzi istedadlı gənclərin yaradıcılıq potensiallarını daha inkişaf etdirməsinə dəstək olur.
https://news.unec.edu.az/xeber/154-abituriyent/7712-red-unec-hagginda-abituriyentler-uchun-maragli-17-fakt
249 1