UNEC İctimai Nəzarət Şurası qiyabi dərsləri izləyib

16 YANVAR 2018 | VIEWS:
2156

UNEC İctimai Nəzarət Şurasının üzvləri qış imtahan sessiyasının gedişi ilə tanış olublar.

İqtisadiyyat, Texnologiya və dizayn, Rus İqtisad Məktəbinin imtahan prosesini müşahidə edən şura üzvləri imtahanların təşkilini yüksək qiymətləndiriblər. Tələbələrin sərbəst şəkildə imtahan suallarını cavablandırmasını, nizam-intizam qaydalarına əməl olunduğunu, o cümlədən imtahan prosesində baş verə biləcək bütün mənfi halların qarşısının alınması üçün lazımi tədbirlərin görüldüyünü müşahidə etdiklərini vurğulayıblar.

Şura üzvləri qiyabi təhsil alan tələbələrin dərs prosesində də iştirak ediblər. Tələbələrə İctimai Nəzarət Şurasının üzvləri və fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, tələbələr təhsil prosesi və imtahanlarda qarşılaşdıqları bütün neqativ hallar barədə şuraya istənilən vaxt müraciət edə, eyni zamanda “Açıq qapı” günlərində onlarla görüşə bilərlər.

2157 1