UNEC ilə İstanbul Texniki Universiteti arasında əməkdaşlıq genişləndirilir

23 APREL 2019 | VIEWS:
910

İstanbul Texniki Universitetinin (İTU) rektoru, professor Mehmet Karacanın rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

UNEC-in rektoru, professor Ədalət Muradovla görüşdə qonaqlara universitet barədə məlumat verilib. Bildirilib ki, UNEC regionun 4 dildə, o cümlədən Türkiyə türkcəsində təhsil verən yeganə ali təhsil müəssisəsidir. Rektor UNEC-in ABŞ, İngiltərə, Fransa, İsveçrə və Litvanın aparıcı universitetləri ilə bakalavr, magistr dərəcəsi və MBA təhsili üzrə ikili diplom proqramlarından söz açaraq, Türkiyə universitetləri ilə də bu istiqamətdə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib. Ə.Muradov UNEC-də iqtisadyönümlü ixtisaslarla yanaşı, texniki və texnoloji ixtisasların da tədris olunduğunu qonaqların diqqətinə çatdırıb. UNEC Ekstern Mərkəzinin fəaliyyətindən bəhs edən rektor, mərkəzdə gün ərzində  20 min tələbəyə distant təhsil vermək imkanının olduğunu bildirib.

UNEC-də olmaqdan məmnunluğunu ifadə edən professor Mehmet Karaca İstanbul Texniki Universitetinin bakalavr, magistratura və doktoranrura pilləsi üzrə təhsil imkanlarından danışıb.

Görüşdə UNEC ilə İTU arasında əməkdaşlıq imkanları müzakirə olunub. Hər iki universitet arasında magistratura təhsili üzrə ikili diplom proqramının reallaşdırılması və UNEC-in gənc müəllimlərinin İTU-da doktorantura təhsili alması istiqamətində razılıq əldə olunub. Eyni zamanda UNEC Ekstern Mərkəzində İstanbul Texniki Universiteti ilə birgə sertifikat proqramının reallaşdırılması, müəllim-tələbə mübadiləsi, birgə elmi konfransların keçirilməsi, dərsliklərin çap olunması barədə fikir mübadiləsi aparılıb.

<a href =”http://news.unec.edu.az/xeber/125-universitet/5182-bold-red-unec-ile-istanbul-texniki-universiteti-arasinda-emekdashlig-genishlendirilir-bold-red“></a>

911 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser