UNEC-in badmintonçuları güclərini sınayıblar

26 DEKABR 2016 | VIEWS:
2019

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) badminton yarışı keçirilib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən yarışın məqsədi badmintonun təbliği, UNEC tələbələri arasında bu idman növünə olan marağın artırılması, gəncləri sağlam həyat tərzinə sövq etməkdir.

Fakultələr arasında təşkil edilən yarışda 60 tələbə qüvvəsini sınayıb. Badmintonçu qızlar arasında I yerə Əmtəəşünaslıq   fakultəsinin tələbəsi Anna Jeleznyak layiq görülüb. II yerdə Rus İqtisadiyyat Məktəbinin tələbəsi Anelya Balabayeva, III yerdə   İqtisadiyyat   fakultəsinin tələbəsi Sara Nəzirli qərarlaşıb.

Badmintonçu  oğlanlar arasında İqtisadiyyat fakultəsinin tələbəsi Qurban Qurbanov 1-ci olub. Rus İqtisadiyyat Məktəbinin tələbələri Məhərrəm Məhərrəmov II, Ömər Əzizli isə III yeri qazanıb.

Qarışıq qoşa yarışlarda ilk yerə Rus İqtisadiyyat Məktəbinin tələbəsi Ömər Əzizli və Əmtəəşünaslıq fakultəsinin tələbəsi Anna Jeleznyak yüksəlib. II yeri İqtisadiyyat fakultəsinin tələbələri Qurban Qurbanovla Sara Nəzirli bölüşüb. III yerdə   isə Rus İqtisadiyyat Məktəbinin tələbəsi Məhərrəm Məhərrəmov və İqtisadiyyat fakultəsinin tələbəsi Arzu Zeynallı qərarlaşıb.

Yarışlarda Rus İqtisadiyyat Məktəbinin tələbələri xüsusi fəallıqları ilə  seçilərək, I yerə layiq görülüblər. İqtisadiyyat fakultəsi II, Əmtəəəşünaslıq fakultəsi isə III yeri qazanıb.

Qaliblərə diplom və hədiyyə təqdim edilib.

Yarışın təşkilatçısı UNEC-in “İdmançı” idman klubu və Tələbə Gənclər Təşkilatıdır.

2020 1