UNEC-in elmi tədqiqatyönümlü universitetə çevrilməsində “Elm aylığı”nın əhəmiyyəti danılmazdır

16 NOYABR 2017 | VIEWS:
1907

DSC_8446UNEC-də “Elm aylığı” çərçivəsində professor-müəllim heyəti, doktorant, gənc tədqiqatçı, magistr və tələbələr arasında “Müasir dövrdə Azərbaycanın sosial-iqtisadi inkişafı strateji yol xəritələrinin əsas istiqamətləri kontekstində” mövzusunda elmi məqalə müsabiqəsi keçirilib.

Dosentlər arasında keçirilən müsabiqədə “Mühasibat uçotu və audit” kafedrasının müəllimi Hənifə Cəfərli qalib olub. Onun məqaləsi “Azərbaycanda strateji yol xəritələrinin reallaşdırılması şəraitində dünya iqtisadi inkişaf modellərindən istifadənin aktual məsələləri” mövzusunda olub. Dosent Hənifə Cəfərli ilə müsahibəni təqdim edirik:

– Hənifə müəllim, sizcə “Elm aylığı” UNEC-ə nə qazandırır?

– UNEC-də ənənəvi olaraq keçirilən “Elm aylığı” universitetin həm professor-müəllim heyəti, həm də doktorant, magistr və bakalavrlarının apardıqları elmi tədqiqat işlərinin keyfiyyətinin artırılması istiqamətində bir təkan oldu. Təbii ki, əsas məqsədlərdən biri də məhz bu idi. Nəzərə alsaq ki, UNEC-in elmi tədqiqat yönümlü universitetə çevrilməsi əsas hədəfimizdir, layihənin əhəmiyyəti bu istiqamətdə danılmazdır. Elmi tədqiqat işlərinin səmərəliliyi artırılır, tədqiqatçılarda stimul yaranır, potensial tədqiqatçılar üzə çıxır və bu istiqamətdə onların elmi müstəvidə fikir mübadiləsi aparmalarına şərait yaradılır. Eyni zamanda müxtəlif universitetlərlə də əməkdaşlıq münasibətləri artırılır, Nobel mükafatçılarının iştirakı ilə beynəlxalq konfranslar təşkil olunur, elmi müzakirələr keçirilir.

– Ötən illə müqayisədə bu müsabiqəyə daha çox məqalə təqdim edilmişdi və rəqabət kifayət qədər yüksək idi. Məqalənizi birinciliyə aparan üstünlük nə idi?

– Doğrudur, müsabiqəyə təqdim olunan bütün məqalələrin keyfiyyəti yüksək idi. Fikrimcə, məqalənin üstünlüyü onda idi ki, mövzu Milli iqtisadiyyatın inkişafında daha çox öz aktuallığı ilə diqqəti cəlb edən Azərbaycanda strateji yol xəritələrinin reallaşdırılması proseslərində dünya iqtisadi inkişaf modellərindən istifadənin aktual məsələlərinin araşdırılması və bu istiqamətlər üzrə təklif və tövsiyələrin hazırlanmasına həsr edilmişdi. Məhz bu baxımdan məqalə komissiyaya tərəfindən birinci yerə layiq görüldü.

– Məqalədə strateji yol xəritələrinin reallaşdırılması şəraitində dünya iqtisadi inkişaf modellərindən istifadənin aktual məsələlərinə toxunmusunuz.  Bu inkişaf modellərini şərh etmənizi istərdik.

– Ümumiyyətlə, dünya iqtisadi proseslərində nisbətən formalaşmış və müəyyən iqtisadi inkişaf proseslərini keçmiş, dünya iqtisadi sistemində özünəməxsus xüsusiyyətləri, mexanizmləri, prinsipləri və meyarları ilə fərqlənən bir qrup iqitsadi inkişaf modeli mövcuddur. 2008-ci ilin sonlarından başlayaraq, dünyada genişlənən iqtisadi tənəzzül prosesləri və neqativ tendensiyalar, bunlarla bağlı problemləri aradan qaldırmağa qadir olan iqtisadi inkişaf modellərinin axtarılması və yaxud milli iqtisadi inkişafın yeni mexanizmlərinin müəyyənləşdirilməsi tədbirləri artıb. Hər bir ölkənin iqtisadi inkişaf modeli dövrün tələblərinə adekvat olaraq yenilənməli, tənzimlənməli, qlobal təsirlərə qarşı daha səmərəli mexanizmlər hazırlanmalıdır. Buna görə də, hər bir ölkədə iqtisadi inkişafın davamlılığı və iqtisadi artımın səmərəli təminatı üçün dövlətlə bərabər, ölkənin demokratik institutları, iqtisadi sistemin bütün subyektləri aktiv olmalıdır. Milli iqtisadi inkişafın artım dinamikasının, həmçinin səmərəliliyinin təmin edilməsi bütün bunların qarşılıqlı və məhsuldar, eyni zamanda effektiv fəaliyyətindən bilavasitə asılıdır.

Məhz bu baxımdan aparılan tədqiqatların yekunu olaraq, bir qrup vacib və aktual məsələləri qeyd etmək mümkündür. Dünya təcrübəsində özünü doğrultmuş iqtisadi inkişaf modellərinin əsas mexanizmləri çevik idarəetmə sistemlərindən, məhsuldar iqtisadi inkişaf indikatorları və mexanizmlərindən, yüksək iqtisadi inkişaf hədəflərindən, kifayət qədər inkişaf etmiş və təkmilləşdirilmiş bazar iqtisadiyyatı mexanizmlərindən bəhrələnməkdən ibarətdir. Azərbaycanda strateji yol xəritələrinin hazırlanmasında baxılmış və dəyərləndirilmiş, həmçinin dünya təcrübəsində özünü doğrultmuş iqtisadi inkişaf modelləri mexanizmlərinin ölkəmizin iqtisadi sisteminə daxil edilməsi kifayət qədər əsaslandırılmalı və milli iqtisadiyyatımızın strateji hədəflərinə adaptivliyi, potensialı nəzərə alınmalıdır. Bundan əlavə, müasir dövrdə dünya iqtisadi inkişaf modellərindən istifadənin aktuallığı kifayət qədər artmışdır. Azərbaycanda strateji yol xəritələrinin reallaşdırılması şəraitində bu modellərin formalaşması təcrübəsinə və proseslərinə baxılması, daha dərindən öyrənilməsi və ölkəmizin iqtisadi sistemi üçün adekvat olan inkişaf mexanizmlərinin dəyərləndirilməsi vacib məsələlərdəndir.

1908 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser