UNEC-in gənc müəllimi Anar İbrahimov: Təhsil gücdür!

26 YANVAR 2021 | VIEWS:
413

“UNEC-in gənc müəllimləri” layihəsinin növbəti iştirakçısı Anar İbrahimovu təqdim edirik.

Anar İbrahimov: Təhsil gücdür!

2008-ci ildə Xocalı şəhər 1 saylı orta məktəbini bitirib. 2008-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr təhsili alıb. Müddətli həqiqi hərbi xidmət keçdikdən sonra UNEC Biznes Məktəbinin MBA Proqramına qəbul olaraq, “Maliyyə” ixtisasından məzun olub.

2014-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Avropa Komissiyasının birgə layihəsi çərçivəsində Portuqaliya Respublikasının Porto Universitetində Maliyyə ixtisası üzrə magistr təhsili alıb.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi və bank sektorunda çalışıb. 2017-ci ildə UNEC-in İqtisadiyyat və biznesin idarə olunması kafedrasının müəllimi, UNEC Biznes Məktəbində Proqram meneceri olaraq çalışıb. Hazırda UNEC SABAH mərkəzinin rəhbər müavini və Beynəlxalq iqtisadiyyat (ingilis dilli) kafedrasının müəllimdir.

UNEC Biznes Məktəbində və SABAH mərkəzində ingilis dilində “menecment iqtisadiyyatı”, “korporativ maliyyə”, “beynəlxalq maliyyə”, Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) “idarəetmə analizi və “maliyyə” fənlərini tədris edir.

Harvard Biznes Məktəbinin maliyyə və iqtisadiyyat sahəsinə aid 14-dən çox kitabını Azərbaycan dilinə tərcümə edib. İki elmi məqalənin həmmüəllifidir.

*

https://news.unec.edu.az/rubrika/10108-unec-in-genc-muellimleri/7104-bold-unec-in-genc-muellimi-anar-ibrahimov-tehsil-gucdur-bold

414 1