UNEC-in gənc müəllimi “Bakı Ekspo 2025” elmi məqalə müsabiqəsinin qalibi olub

22 NOYABR 2018 | OXUNUB:
51

2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun ümumdünya sərgisinə Bakının ev sahibliyi etməsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Bakı Ekspo 2025” Əməliyyat Katibliyi tərəfindən elmi məqalə müsabiqəsi keçirilib.

Müsabiqə “Bakı Ekspo 2025” sərgisində Bakının namizədliyinin dəstəklənməsi, sərginin ölkəmizdə keçirilməsi ilə bağlı potensial imkanların təqdim olunması və sərginin prioritet mövzusu olaraq seçilmiş insan kapitalının inkişafı məsələlərinə dair elmi əsasların gücləndirilməsi məqsədilə təşkil olunub. “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusunda keçirilən elmi məqalə müsabiqəsinin qalibi UNEC Empirik Tədqiqatlar mərkəzinin direktoru və Beynəlxalq İqtisadiyyat (ingilis dilli) kafedrasının gənc müəllimi Xətai Alıyev olub.

UNEC-in gənc müəllimi müsabiqəyə təqdim etdiyi “Azərbaycanda multikultural dəyərlərin inkişafında təhsil və elmin rolu” mövzusundakı elmi məqalədə həm təsviri, həm də empirik metodlardan istifadə edib. Tədqiqat işində Azərbaycanda fərqli aspektlərdən multikultural düşüncə və tolerantlığın səviyyəsi 3308 respondentin iştirak etdiyi sorğu əsasında təhlil edilib. Eyni zamanda təhsilin və elmin rolu Ən Kiçik Kvadratlar (ƏKK) metodu istifadə olunmaqla qiymətləndirilib.

Müsabiqənin qalibi kimi Xətai Alıyevin Fransanın Paris şəhərində yerləşən  Beynəlxalq Sərgilər Bürosunun qərargahına səfəri təşkil olunub.

<a href= “http://news.unec.edu.az/xeber/133-muellim/4438-unec-in-genc-muellimi-baki-ekspo-2025-elmi-megale-musabigesinin-galibi-olub”></a>

52 2