UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda elmi seminar keçirilib

30 İYUN 2016 | VIEWS:
1890

İyunun 29-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda (İAETİ) elmi seminar keçirilib.

Seminarda qrant müsabiqələrinə təqdim olunacaq layihələrinin ilkin elmi müzakirəsi təşkil edilib. İAETİ-nin böyük elmi işçisi, dosent Elman İbişov “Xarici iqtisadi əlaqələrin ölkənin beynəlxalq rəqabətqabiliyyətliliyin yüksəldilməsinə təsirinin qiymətləndirilməsi” layihəsinin təqdimatı ilə çıxış edib. İAETİ-nin böyük elmi işçisi Fərhad Mikayılov isə “Azərbaycan respublikasında çoxölçülü meyarlar əsasında yoxsulluq indeksinin qiymətləndirilməsi” mövzusunda layihə təqdim edib. Seminar layihələrin müzakirəsi ilə davam edib.

1891 1