UNEC-in koordinatorluğu ilə Bakı Dövlət Universitetində seminar keçirilib

31 MAY 2016 | VIEWS:
878

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinatorluğu ilə “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” TEMPUS UNİVİA layihəsi çərçivəsində Bakı Dövlət Universitetində seminar keçirilib.

Seminar layihənin Avropa tərəfdaşlarından olan İspaniyanın Santiaqo de Kompostela Universitetində keçirilən iki həftəlik təcrübə proqramının nəticələrinə həsr olunub. Tədbirdə təcrübə səfər proqramında iştirak edən layihənin işçi qrupunun üzvləri məruzə ilə çıxış edib. Həmçinin layihə çərçivəsində qazanılan Avropa təcrübəsinin yerli tərəfdaş universitetlərdə beynəlxalq əlaqələrin inkişafına müsbət təsirindən və əhəmiyyətindən danışılıb.

UNEC-in Beynəlxalq əlaqlər departamentinin rəhbəri Anar Kazımov son iki ildə İqtisad Universitetinin beynəlxalq əməkdaşlıq sahəsindəki nailiyyətləri, dünya universitetləri ilə elmi-nəzəri təcrübə mübadiləsi və müştərək elmi fəaliyyətin təşkili istiqamətində görülən işləri barədə məlumat verib.

Eyni zamanda seminar çərçivəsində Bakı ERASMUS+ ofisinin rəhbəri Pərviz Bağırov layihənin monitorinqini apararaq, layihənin icrası ilə bağlı tövsiyyə və təkliflərini verib.

Koordinatoru Azərbaycan Dövlət İqtisad Universitetinin olduğu layihənin Azərbaycan tərəfdaşlarının təmsilçiləri Naxçıvan Dövlət Üniversiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universteti və Bakı Dövlət Universiteti layihə təmsilçiləri, professor və müəllim heyəti, eləcə də Bakı ERASMUS+ ofisinin əməkdaşları seminarda iştirak edib.

879 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna