UNEC-in koordinatorluğu ilə İspaniyanın Santiaqo de Compostela Universitetində təlim-seminar keçirilib

21 APREL 2016 | VIEWS:
1841

Aprelin 4-dən 14-dək Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinatoru olduğu “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” adlı TEMPUS UNIVIA layihəsi çərçivəsində Layihənin Avropa tərəfdaşlarından olan İspaniyanin Santiaqo De Compostela Universitetində təlim-seminar keçirilib.

İki həftəlik təlim-seminarda Layihənin tərəfdaşları olan Sumqayıt Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Kiyev Milli İqtisadiyyat Universiteti (Ukrayna), Qırğızıstan İqtisad Universiteti (Qırğızıstan) və Kujand Dövlət Universitetinin (Tacikistan) əməkdaşları iştirak edib.

Tədbirdə Layihənin koordinatoru olan UNEC-i Beynəlxalq əlaqələr departamentinin əməkdaşı Gülşən Vəliyeva ilə Turan Süleymanov təmsil edib. Santiaqo de Compostela Universitetinin beynəlxalq əlaqələr ofisinin təşkil etdiyi seminarda beynəlxalq əlaqələrin təşkili mexanizmi, tərəfdaş universitetlərin seçilməsi meyarları, tələbə və müəllim mübadiləsinin reallaşdırılması təcrübəsi, əcnəbi tələbələrin cəlb edilməsi üçün PETEX və MARHABA proqramının tətbiqi, ERASMUS+ layihəsi çərçivəsində həyata keçirilən layihələrin təqdimatı, İnformasiya Texnologiyaları araşdırma mərkəznin fəaliyyəti ilə tanışlıq, qimətləndirmə və bilik mübadilləsi sahəsi və həmçinin onun tərkibində olan tədqiqat mərkəzlərin faəliyyətinin təqdimatı və yaradılan spin off şirkətlərlə tanışlıq, universitetin daha cox aqrar sahədə ixtisaslaşan Lugo Kampusunda və mühəndislik və iqtisadiyyat profilli Viqo Universitetində görüşlər keçirilib, beynəlxalq əlaqələr və təhsil layihələrində iştirak və digər istiqamətlər üzrə mühazirələr oxunub, müzakirələr aparılıb.

Seminar müddətində UNEC-in Santiaqo de Compostela Universiteti ilə potensial əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi də aparılıb.

1842 2
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna