UNEC-in Prezident təqaüdçülərini tanıyaq

03 OKTYABR 2019 | VIEWS:
1438

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019/2020-ci tədris ili üçün Prezident təqaüdünə layiq görülən tələbələrdən 21 nəfəri UNEC-də təhsil alır. Bu, II ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin 87,5% faizini təşkil edir.

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində təhsil alan Prezident təqaüdçüləri təəssüratlarını UNEC News-la bölüşüb.

Ismayilov_NicatNicat İsmayılov

Nicat İsmayılov 2002-ci il oktyabrın 16-da Bakıda anadan olub. Naxçıvan şəhər A. Cəlilov adına 12 nömrəli tam orta məktəbi bitirib. O, DİM-in 2019/2020-ci tədris ili üzrə keçirdiyi qəbul imtahanında 688,2 balı toplayaraq UNEC-ə qəbul olub. Maliyyə ixtisası üzrə təhsil alır.

“Həm yaxınlarımın məsləhəti, həm də öz araşdırmalarım nəticəsində öyrəndim ki, ölkədə iqtisadiyyat sahəsində təhsil verən ən yaxşı universitet Azərbaycan Dövlət İqtisad Universiteti, başqa sözlə, UNEC-dir. UNEC-in xüsusi təqaüd, mübadilə və ikili diplom proqramları da seçimimdə böyük rol oynadı. Maliyyə aktual bir sahədir və müasir dünyamızın əmək bazarında bu sahəyə olan tələbi getdikcə artır. Gələcək perspektivini və karyera imkanlarını nəzərə alaraq, maliyyə ixtisasını seçdim”.

Cafarov_Natiq

Natiq Cəfərov

Natiq Cəfərov 2002-ci il oktyabrın 15-də Bakıda anadan olub. 322 nömrəli məktəbi bitirib. 2019/2020-ci tədris ili üzrə keçirilən qəbul imtahanında 685,2 bal toplayıb. Maliyyə ixtisası üzrə təhsil alır.

“UNEC Azərbaycanın ən perspektivli universitetlərindən biridir. Tədrisin ingilis dilində gənc müəllimlər tərəfindən aparılması, II ixtisas qrupu üzrə ən yüksək bal toplayanların məhz bu fakültədə oxuması mənim də seçimimdə böyük rol oynadı”.

 

Samedov_SheriyarSəmədov Şəhriyar

Şəhriyar Səmədov 2003-cü il  yanvarın 2-də Masallıda anadan olub. Masallı şəhəri 4 saylı tam orta məktəbini bitirib. 2019/2020-ci tədris ili üzrə keçirilən qəbul imtahanında 684,8 toplayıb. Maliyyə ixtisası üzrə təhsil alır.

“UNEC ölkə ali təhsil müəssisələri arasında öz sözünü demiş bir universitetdir. Həm Azərbaycan universitetlərinin reytinq siyahısında lider olması, həm də keçirilən dərslərin yüksək səviyyədə olması bunu sübut edir. UNEC-in Avropanın aparıcı universitetləri ilə reallaşdırdığı ikili diplom proqramlarında iştirak etməyi düşünürəm”.

*

Kerimli_YasharYaşar Kərimli

Yaşar Kərimli 2002-ci il iyulun 5-də Sumqayıt şəhərində  anadan olub. Sumqayıt şəhəri N. Gəncəvi adına Texniki və Təbiət Elmləri liseyini fərqlənmə attestatı ilə bitirib. DİM-in 2019/2020-ci tədris ili üzrə keçirdiyi qəbul imtahanında 681,8 bal toplayıb. Maliyyə ixtisası üzrə təhsil alır.

“Düşünürəm ki, UNEC maliyyə, mühasibat, biznesin idarə edilməsi və digər iqtisadyönümlü ixtisasa yiyələnmək üçün ən ideal universitetdir. Bununla yanaşı, məni ən çox cəlb edən hazırda təhsil aldığım Beynəlxalq İqtisadiyyat Məktəbi oldu. Fakültədə II ixtisas qrupu üzrə ən yüksək bal toplayan tələbələr bilik uğrunda sağlam rəqabət aparır. Bu da daha çox çalışmaq üçün motivasiyadır”.

Almaz_ZeynalliAlmaz Zeynallı

Almaz Zeynallı 2002-ci ildə Neftçala rayonunda anadan olub. Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey kompleksini bitirib. DİM-in 2019/2020-ci tədris ili üzrə keçirdiyi qəbul imtahanında 679,5 bal toplayıb. Biznesin idarəedilməsi ixtisası üzrə təhsil alır.

“UNEC Azərbaycanın ən qədim təhsil ocaqlarından biri olmaqla yanaşı, həm də ölkəmizdə iqtisadiyyat təhsili sahəsində ən ixtisaslaşmış universitetdir. UNEC tələbəsi olmaq böyük sevinc və qürurvericidir”.

*

Jale_AhmedzadeJalə Əhmədzadə

Jalə Əhmədzadə 2002-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanı qızıl medalla bitirib. 2019/2020-ci tədris ili üzrə qəbul imtahanında 676,3 bal toplayıb. Maliyyə ixtisası üzrə təhsil alır.

“Nəticələr açıqlandıqdan sonra şübhəsiz, ölkədə iqtisadi biliklərin tədrisi üzrə regionun ən böyük iqtisadyönümlü universiteti olan UNEC-i seçdim. Universitetdə keçirilən “UNEC-i tanı” layihəsi mənə çox böyük yardımçı oldu. Öz ixtisasımın sirlərinə dərindən yiyələnərək savadlı mütəxəssis kimi yetişmək ən böyük arzumdur. Bundan əlavə, universitet ictimai həyata hazırlıq üçün əsl məktəbdir. UNEC ölkədə seçdiyim ixtisas üzrə yüksək perspektivli və ən qabaqcıl universitetdir”.

Mehdiyev_MuradMurad Mehdiyev

Murad Mehdiyev 2002-ci ildə Bakıda anadan olub. Gənc İstedadlar liseyini bitirib. DİM-in 2019/2020-ci tədris ili üzrə keçirdiyi qəbul imtahanında 676,1 bal toplayıb. Maliyyə ixtisası üzrə təhsil alır.

“UNEC-də yüksək ixtisaslı, peşəkar mütəxəssis kimi yetişmək üçün bütün şərait yaradılıb. Mənə daha çox xoş gələn isə UNEC-də səmimi ailə mühitinin olması, rəhbər heyətin daim tələbələrlə maraqlanması, onların təkliflərini dinləməsidir”.

 

Safarov_QorxmazQorxmaz Səfərov

Qorxmaz Səfərov 2003-cü il yanvarın 28-də Bakıda anadan olub. Kəlbəcər rayonu 56 nömrəli məktəbi bitirib. DİM-in 2019/2020-ci tədris ili üzrə keçirdiyi qəbul imtahanında 674,6 bal toplayıb. Maliyyə ixtisası üzrə təhsil alır.

“UNEC-dəki yenilikləri mütəmadi olaraq mətbuatdan izləyirdim və özüm üçün ən uyğun universitetin məhz bu universitet olduğuna qərar verdim. İqtisadiyyata, xüsusən maliyyə işlərinə və riyaziyyata marağım vardı. Ona görə də maliyyə ixtisasını seçdim”.

*
*

Mahmudlu_KenanKənan Mahmudlu

Kənan Mahmudlu 2001-ci il dekabrın 30-da Göyçay rayonunda anadan olub. Göyçay rayonu Qızılağac kənd tam orta məktəbində təhsil alıb. 2019/2020-ci tədris ili üzrə qəbul imtahanında 674,3 bal toplayıb. Maliyyə ixtisası üzrə təhsil alır.

“UNEC-in, xüsusilə də İSE-nin tələbələrinin uğurları hər zaman məni cəlb edib. Bu fakültədə təhsil alan tələbələrlə tanış oldum. Onlarla əlaqə saxlayıb məni maraqlandıran suallara cavab tapdıqdan sonra əmin oldum ki, ən doğru seçim UNEC-dir. Hər zaman maliyyə ixtisasında təhsil almaq istəmişəm. İxtisasın perspektivliyi və geniş əhatəliliyi, iş imkanları seçimimə təsir göstərdi”.

Aliyev_TogrulToğrul Alıyev

Toğrul Alıyev 2003-cü il fevralın 11-də Bakıda anadan olub. 291 nömrəli Ekologiya liseyini bitirib. DİM-in 2019/2020-ci tədris ili üzrə keçirdiyi qəbul imtahanında 672,6 bal toplayıb. Maliyyə ixtisası üzrə təhsil alır.

“UNEC-in ən üstün tərəflərindən biri regionun ingilis dilində təhsil verən ən yaxşı iqtisadyönümlü universiteti olmasıdır. UNEC-in təqaüd proqramları isə tələbələr üçün böyük motivasiyadır. Gələcəkdə ikili diplom və mübadilə proqramlarından yararlanmağı düşünürəm”.

 

Shikarov_Ismayilİsmayıl Şikarov

İsmayıl Şikarov 2002-ci il oktyabrın 2-də Bakıda anadan olub.  Bakı şəhəri 7 nömrəli tam orta məktəbi bitirib. DİM-in 2019/2020-ci tədris ili üzrə keçirdiyi qəbul imtahanında 672,6 bal toplayıb. Maliyyə ixtisası üzrə təhsil alır.

“UNEC-i tanı” layihəsi çərçivəsində bu universitetlə daha yaxından tanış olmaq imkanı əldə etdim. Artıq UNEC tələbəsiyəm və buradakı tədris sistemi, dərslərin keyfiyyəti, tələbələrin maraqlarının daim nəzərə alınmasını müşahidə etdikcə düzgün seçim etdiyimə bir daha əmin oluram!”

*

Qaziyeva_CemileCəmilə Qaziyeva

Cəmilə Qaziyeva  2002-ci il yanvarın 1-də Zaqatala rayonunda anadan olub. Zaqatala rayonunun Humanitar fənlər gimnaziyasında təhsil alıb. DİM-in 2019/2020-ci tədris ili üzrə keçirdiyi qəbul imtahanında 670,6 bal toplayıb. Maliyyə ixtisası üzrə təhsil alır.

“Arzum UNEC tələbəsi olmaq idi. UNEC regionun ən böyük iqtisadyönümlü universitetidir. Burada dərslər interaktiv tədris metodu ilə aparılır. Müəllimlərimiz bizə bilik verməklə yanaşı, həm də öz zəngin iş təcrübələrini paylaşırlar. Əminəm ki, gələcəkdə öz ixtisasım üzrə UNEC-in ən uğurlu məzunlarından olacam”.

 

Hasanli_KamranKamran Həsənli

Kamran Həsənli 2002-ci il mayın 21-də Bakıda anadan olub. Bakı şəhəri Respublika Olimpiya İdman liseyini bitirib. DİM-in 2019/2020-ci tədris ili üzrə keçirdiyi qəbul imtahanında 669,9 bal toplayıb. Maliyyə ixtisası üzrə təhsil alır.

“Fikrimcə II qrup üzrə ən yaxşı universitet UNEC-dir. Topladığm bala uyğun ən yaxşı ixtisas olduğu üçün İSE-nin maliyyə ixtisasını seçdim. Fakültədə bütün tələbələr 600-dən yüksək toplayıblar. Bu da o deməkdir ki, qrupdakı bilik mübarizəsi özünüinkişaf üçün unikal şərait yaradır”.

*

Beshirli_FermanFərman Bəşirli

Fərman Bəşirli 2001-ci il dekabrın 31-də Yevlax rayonunda anadan olub. Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyini bitirib. DİM-in 2019/2020-ci tədris ili üzrə keçirdiyi qəbul imtahanında 669,4 bal toplayıb. Maliyyə ixtisası üzrə təhsil alır.

“UNEC-in ölkədə iqtisadyönümlü təhsil üzrə lider olduğunu düşünürəm. Lisey yoldaşlarımla birlikdə UNEC-i seçdik. UNEC-də müəllim-tələbə arasında səmimi dostluq münasibətini çox yüksək qiymətləndirirəm. Məncə bu, tələbə üçün ən önəmli amillərdən biridir. Hədəfim ixtisasım üzrə ən yaxşı universitetdə keyfiyyətli təhsil almaq, ən yaxşı karyera qurmaqdır”.

 

Qurbanov_AhmedƏhməd Qurbanov

Əhməd Qurbanov 2002-ci il yanvarın 6-da Ucar rayonunda anadan olub. Ucar rayonu 82 nömrəli tam orta məktəbdə təhsil alıb. DİM-in 2019/2020-ci tədris ili üzrə keçirdiyi qəbul imtahanında 667,3 bal toplayıb. Maliyyə ixtisası üzrə təhsil alır.

“UNEC-in ən üstün tərəflərindən biri regionun ingilis dilində təhsil verən ən yaxşı iqtisadyönümlü universiteti olmasıdır. UNEC-in təqaüd proqramları isə tələbələr üçün böyük motivasiyadır. Hazırda mən də UNEC-in xüsusi təqaüd proqramından yararlanıram. Gələcəkdə isə ikili diplom proqramında iştirak etməyi düşünürəm”.

*

Babayev_ElnurElnur Babayev

Elnur Babayev 2002-ci il mayın 26-da Bakıda anadan olub. Suraxanı rayonu 316 nömrəli tam orta məktəbində təhsil alıb. DİM-in 2019/2020-ci tədris ili üzrə keçirdiyi qəbul imtahanında 665,7 bal toplayıb. Maliyyə ixtisası üzrə təhsil alır.

“UNEC-də bir gün” layihəsinə qatıldım. Layihədə iştirak etmək mənim üçün çox faydalı oldu. Həm dərslərdə iştirak etmək, həm də imtahan prosesini yaxından izləmək imkanım oldu. UNEC-də Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri ilə tanışlığım zamanı burada çox səmimi mühitin şahidi oldum və ali təhsili məhz burada almağa qərar verdim”.

 

Aslanova_NergizNərgiz Aslanova

Nərgiz Aslanova 2002-ci il yanvarın 8-də Bakıda anadan olub. 287 nömrəli “Zəkalar” liseyini bitirib. DİM-in 2019/2020-ci tədris ili üzrə keçirdiyi qəbul imtahanında 665,6 bal toplayıb. Maliyyə ixtisası üzrə təhsil alır.

“Prezident təqaüdü ilə yanaşı, qəbul imtahanlarında 600-dən yüksək bal topladığıma görə UNEC-in xüsusi təqaüdünə layiq görülmüşəm. Yaxşıların yaxşısı olmaq uğrunda qrup yoldaşlarımla bilik mübarizəsi aparıram. Əminəm ki, burada qazanacağım bilik və bacarıqlarla ixtisasım üzrə uğurlu karyera quracam”.

*

Sanili_YeterYetər Sanılı

Yetər Sanılı 2002-ci il martın 20-də anadan olub. 288 nömrəli tam orta məktəbi bitirib. DİM-in 2019/2020-ci tədris ili üzrə keçirdiyi qəbul imtahanında 665,2 bal toplayıb.   Maliyyə ixtisası üzrə təhsil alır.

“İngilis dilində təhsil alıram. Peşəkar müəllim heyətinin verdiyi biliklərlə ixtisasım üzrə beynəlxalq əmək bazarının tələblərinə cavab verən mütəxəssis olacağıma əminəm. Xarici universitetlərlə mübadilə proqramında iştirak etməyim mənə əlavə üstünlük qazandıracaq”.

 

Mammadtagili_MuradMurad Məmmədtağılı

Murad Məmmədtağılı Naxçıvan   MR-nın Ordubad rayonunda anadan olub. M.Füzuli adına internat orta məktəbini bitirib. Qəbul imtahanında 664,7 bal toplayıb. Maliyyə ixtisası üzrə təhsil alır.

“Digər universitetlərlə müqayisədə UNEC-də daha çox yeniliklərin olduğunu mətbuatdan izləyirdim və seçimimdə ən innovativ universitetin üzərində dayandım. Regionun ən mükəmməl fakültəsində təhsil alıram. Fakültədə bütün tələbələr 600-dən yüksək bal toplayıblar. Bu da o deməkdir ki, qrupdakı bilik mübarizəsi özünüinkişaf üçün unikal şərait yaradır”.

Asadli_GulchinGülçin Əsədli

Gülçin Əsədli 2002-ci ildə Bakı şəhərində anadan olub. 221 nömrəli tam orta məktəbi bitirib. DİM-in 2019/2020-ci tədris ili üzrə keçirdiyi qəbul imtahanında 664,4 bal toplayıb. Maliyyə ixtisası üzrə təhsil alır.

“UNEC-də iki diploma sahib olmaq üçün tələbələrə seçim də verilir: tələbə istər Bakıda təhsil alaraq, istərsə də xaricdə təhsilini davam etdirərək 4 il ərzində iki nüfuzlu universitetin diplomuna sahib ola bilir. Bu, bizim üçün böyük şansdır”.

http://news.unec.edu.az/rubrika/84-prezident-tegaudculeri/5697-unec-in-prezident-tegaudchulerini-taniyag

1439 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna