UNEC-in prezident təqaüdçülərinin təklifləri dinlənilib

13 OKTYABR 2017 | VIEWS:
1052

UNEC rektoru, professor Ədalət Muradov yuxarı kurslarda təhsil alan prezident təqaüdçüləri ilə görüşüb.

Təhsilin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən layihələrdən bəhs edilən görüşdə rektor tələbələrin tədrislə bağlı fikirlərini dinləmək istədiyini bildirib. Tələbələr təhsil aldıqları Beynəlxalq İqtisadiyyat Məktəbi və SABAH qrupundakı müəllim-tələbə münasibətindən söz açaraq, müəllimlərin tələbənin hərtərəfli inkişafında, onlar arasında sosial mühitin yaradılmasında və qrupdakı sosial-psixoloji proseslərin qurulmasında mühüm rol oynadıqlarını qeyd ediblər. Prezident təqaüdçüləri fakültədə sağlam və akademik mühitin yüksək səviyyədə qurulduğunu diqqətə çatdırıblar.

Beynəlxalq İqtisadiyyat Məktəbində tələbə-mentor kimi fəaliyyət göstərən prezident təqaüdçüləri öz təəssüratlarını bölüşərək, I kurs tələbələrini universitet həyatına adaptasiya etməyin üstünlüklərindən danışıblar. Bildiriblər ki, kurslar arasında inteqrasiyanı və şəbəkə münasibətlərini gücləndirmək onların tələbəlik həyatına ən qısa zamanda uyğunlaşmalarına şərait yaradıb.

Görüşdə tələbələrin təşəbbüsü ilə həftə sonları I kurslar üçün təşkil edilən “Conversation Club”lar barədə də fikir mübadiləsi aparılıb. Beynəlxalq İqtisadiyyat Məktəbinin IV kurs tələbəsi Emil Alıyev UNEC kitabxanasının ingilis dilində bədii ədəbiyyat nümunələri ilə zənginləşməsini təklif edib. Onun sözlərinə görə, bu, I kurs tələbələrinin dil imkanlarını daha mükəmməlləşdirəcək.

Tələbələrin təkliflərini dinləyən rektor onların təşəbbüslərini yüksək qiymətləndirib. UNEC-də tələbələr üçün yaradılan şəraitin daha da yaxşılaşdırılması istiqamətində irəli sürülən bütün təklifləri müzakirə etməyə hazır olduğunu bildirib.

1053 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser