“UNEC-in professor-müəllim heyəti üzvlərinə “tədqiqatçı” statusunun verilməsi haqqında” Qaydalar kollektivə təqdim olunub

15 OKTYABR 2019 | VIEWS:
753

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasının qərarı ilə “UNEC professor-müəllim heyəti üzvlərinə “tədqiqatçı” statusunun verilməsi haqqında” Qaydalar təsdiqlənib.

UNEC-in professor-müəllim heyətini Qaydalarla tanış etmək məqsədilə elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubov və rektorun müşaviri, dosent Elşən Bağırzadə akademik heyətlə görüşlər keçirib. İlk görüş Biznes və menecment və Türk Dünyası İqtisad fakültələrinin professor-müəllim heyəti ilə olub.

Professor Sakit Yaqubov UNEC-də elmi-tədqiqatların keyfiyyətinin artırılması və professor-müəllim heyətinin elmi-tədqiqat fəaliyyətinin daha da stimullaşdırılması məqsədilə Qaydaların təsdiqləndiyini bildirib. O, qaydaların ümumi müddəaları barədə pedaqoji heyətə məlumat verib.

Sonra Elşən Bağırzadə professor-müəllim heyətini  Qaydalarla tanış edib. Bildirib ki, Qaydalar əsas iş yeri UNEC olan müəllim, baş müəllim, dosent və professor vəzifələrini tutan əməkdaşlara şamil ediləcək. “Tədqiqatçı” statusunun verilməsi üzrə başlıca tələbləri ödəyən professor, dosent, baş müəllim və müəllimlərin akademik vəzifələrinin qarşısına “tədqiqatçı” sözü əlavə ediləcək və həmin şəxslərin əmək haqları əlavə olaraq 50% artırılacaq. Bununla da Diferensial Əmək Haqqı reytinqində müvafiq yerinə uyğun olaraq tədqiqatçı statusu alan müəllim 2070-3090, baş müəllim 2380-3520, dosent 2635-3850, professor isə 3720 – 5370 manata qədər əmək haqqı ala biləcək. “Tədqiqatçı” statusuna görə verilən əlavə əmək haqqı hər tədris ili üzrə 1 sentyabr tarixindən 31 avqust tarixinə qədər aylıq əsasda ödəniləcək.

E.Bağırzadə “Tədqiqatçı” statusunun verilməsi üzrə başlıca tələbləri açıqlayıb. Bu statusu əldə etmək məqsədilə müraciətlərə baxılması qaydalarını, ləğv edilməsi hallarını professor-müəllim heyətinə izah edib.

Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

<a href =”http://news.unec.edu.az/xeber/125-universitet/5736-bold-red-unec-in-professor-muellim-heyeti-uzvlerine-tedgigatchi-statusunun-verilmesi-hagginda-gaydalar-kollektive-tegdim-olunub-bold-red“></a>

754 2