“Qaynar Xətt” Sputnik BİA-nın əməkdaşına həvalə edilib

10 YANVAR 2017 | VIEWS:
1935

Yanvarın 10-da Sputnik Beynəlxalq İnformasiya Agentliyinin müxbiri Təranə Xudabaxşiyeva UNEC-də 2016/17-ci tədris ilinin qış imtahan sessiyasının gedişi ilə tanış olub. Yazılı və test üsulu ilə təşkil edilən imtahanlarda müşahidəçi qismində iştirak edən jurnalistə həm də UNEC-in “Qaynar xətt” xidməti həvalə edilib. Tələbələrin müraciətlərini dinləyən T.Xudabaxşiyeva UNEC-də keçirdiyi bir iş günü barədə Sputnik.az saytında geniş reportaj hazırlayacağını bildirib.

Qeyd edək ki, 2016/17-ci tədris ilinin qış imtahan sessiyasında UNEC-in “Qaynar xətt” (146-1-3) xidməti QHT, KİV və ictimaiyyət nümayəndələrinə həvalə edilib.

1936 2