UNEC xanımları haqda

07 MART 2017 | VIEWS:
3040

Azərbaycan qadını ictimai həyatın bütün sahələrində, təhsil, elm, iqtisadiyyat, səhiyyə, mədəniyyət və vətəndaş cəmiyyəti quruculuğunda cəmiyyətimizin aparıcı qüvvəsidir.
UNEC-də fəaliyyət göstərən, çalışan və təhsil alan xanımlarımızın da gələcəyin iqtisadçılarının yetişdirilməsində rolu əvəzolunmazdır. Bir-neçə statastik məlumatı təqdim edirik:
Regionun ən böyük iqtisadyönümlü universitetlərindən olan UNEC-də tələbələrə xidmət göstərən 1661 əməkdaşımızın 1058-i xanımdır. 893 professor-müəllim heyətinin yarıdan çoxu qadınlardır. Azərbaycan təhsilində, iqtisadiyyaında xüsusi çəkisi olan 9 xanım professorumuz gələcəyin savadlı, bacarıqlı kadrlarının hazırlanmasında xüsusi xidməti var. 357 dosentin 141-i, 86 elmlər doktorunun 11-i zərif cinsin nümayəndəsidir. Universitetdə 225 fəlsəfə doktoru, 2 fəxri professor qadındır. UNEC-də rəhbər vəzifələrdə də onların xüsusi çəkisi var.
Tələbələrimiz sırasında qadınların sayı az deyil. Statistikaya müraciət edək: 6 minə yaxın gənc xanım UNEC-i seçib. 3084 magistrın 1346-sı, 155 doktorant və dissertantın isə 64-ü zərif cinsin nümayəndələridir.
UNEC ailəsi olaraq, universitetdə çalışan və təhsil alan bütün xanımlarımızı 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayırıq!

3041 1