UNEC inklyuziv təhsil sahəsində fəaliyyətini genişləndirir

29 NOYABR 2016 | OXUNUB:
489

imza_1793.1Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Moskva Dövlət Humanitar-İqtisadiyyat Universiteti arasında əməkdaşlıq Sazişi imzalanıb. Azərbaycan – Rusiya Ali Təhsil Müəssisələrinin Assosiasiyasının “Təhsil, elm və mədəniyyət sahəsində Rusiya – Azərbaycan əməkdaşlığının vəziyyəti və perspektivləri” mövzusunda təşkil etdiyi konfrans çərçivəsində imzalanan saziş iki universitet arasında inklyuziv təhsil sahəsində əməkdaşlığın yaradılmasını nəzərdə tutur.

Saziş UNEC-in əlilliyi olan şəxslərin ali təhsilə cəlb olunması, bu sahədə müvafiq infrastrukturun yaradılması və tədris prosesinin məzmununun uyğunlaşdırılması sahəsində qeyd olunan Rusiya universitetinin təcrübəsindən faydalanması üçün hüquqi baza yaradır. Bu əməkdaşlıq Azərbaycanda əlilliyi olan şəxslərin ali təhsil prosesinə, universitet mühitinə və bununla da, cəmiyyət həyatına inteqrasiyasının gücləndirilməsində UNEC-in daha aktiv iştirakına yardım edəcək.

Məhz inklyuziv ali təhsil sahəsində ixtisaslaşmış Rusiya universiteti ilə həyata keçiriləcək birgə layihələr və ortaq tədris proqramları UNEC-də yeri yaradılmış “Əlilliyi olan tələbələr üçün Mərkəz”in daha səmərəli fəaliyyət göstərməsinə mühüm töhvə verəcək.

490 3