“UNEC Kuboku-2017” – B qrupunun məğlubedilməz yarım finalçısı

14 NOYABR 2017 | VIEWS:
1006

kubok11_oFutbol üzrə “UNEC Payız Kuboku-2017” yarışı çərçivəsində B qrupunda “UNEC Security” komandası ilə “Finance-Accounting and SABAH” komandası üz-üzə gəlib.

Azfar stadionunda gərgin keçən oyunun ilk hissəsindən sonra 2-0 hesabı ilə irəlidə olan mühafizəçilər, ikinci hissədə eyni əzmkarlığı nümayiş etdirə bilməyiblər. Buna səbəb “Finance-Accounting and SABAH” komandasının kapitanı Gəray Musayevin taktikanı dəyişməsi olub. İkinci hissədə oyunu bütövlüklə ələ alan G.Musayevin komandası 5-3 hesabı ilə rəqibə qalib gəlməyi bacarıb.

“UNEC Security” komandasında qolları Fərid Həsənov (2) və Rüfət Babayev (1) vurublar. “Finance-Accounting and SABAH” komandasında isə qol müəllifləri Aqil Əzizov (2), Gəray Musayev (1), Azər Qarayev (1) və Murad Ələkbərov (1) olub.

Qeyd edək ki, “Finance-Accounting and SABAH” komandası B qrupunda keçirdiyi bütün oyunlarda qalib gələrək birinci yerdə qərarlaşıblar. İkinci yerin sahibi isə noyabrın 16-da keçiriləcək “UNEC Drivers” və “UNEC Business and Managment” komandalarının oyunundan sonra bilinəcək. Lakin bunun üçün sürücülər rəqib komandaya böyük hesabla qalib gəlməlidir.

Turnir cədvəlində komandaların sıralaması aşağıdakı kimi olub:

N A QRUPU O Q H M T-F X
1 UNEC United 4 3 1 0 36-13 10
2 İqtisadçılar 4 2 1 1 27-21 7
3 UNEC Sport Club 4 1 3 0 13-12 6
4 TÜDİFAK 4 1 0 3 8-19 3
5 UNEC Beynəlxalq İqtisadiyyat FC 4 0 1 3 10-29 1

 

N B QRUPU O Q H M T-F X
1 Finance-Accounting and SABAH 4 4 0 0 39-7 12
2 UNEC Security 4 2 0 2 22-17 6
3 UNEC RESH 4 2 0 2 22-19 6
4 UNEC Drivers 3 1 0 2 10-16 3
5 UNEC Business and Managment 3 0 0 3 5-39 0
1007 1