UNEC tələbələri “Gənclərin və tələbələrin XIX Ümumdünya Festivalı”nda

12 OKTYABR 2017 | VIEWS:
751

fest (1)UNEC-in tələbə və magistrləri Rusiya Federasiyasında keçiriləcək “Gənclərin və tələbələrin XIX Ümumdünya Festivalı”nda iştirak edəcəklər.

Oktyabrın 14-dən 22-dək keçiriləcək festival Rusiyanın Soçi şəhərində baş tutacaq. 150 ölkədən 20000-dən artıq iştirakçının qatılacağı festivalın məqsədi gənclər arasında beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, millətlərarası və mədəniyyətlərarası birgə əlaqə, dünya gənclərini ədalətli düşüncə ətrafında birləşdirməkdir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşan səfərdə ölkəmizi dövlət rəsmiləri, millət vəkilləri, gənclər və tələbə təşkilatlarının liderləri, gənc jurnalistlər, yaradıcı gənclər, gənc idmançılar, alim və sahibkarlardan ibarət 170 nəfərlik nümayəndə heyəti təmsil edəcək.

Festivalda UNEC-in iki magistri, beş tələbəsi iştirak edəcək. Onlar Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, UNEC Biznes Məktəbi, İqtisadiyyat fakültəsi, SABAH qrupları və Beynəlxalq İqtisadiyyat Məktəbində təhsil alırlar.

1947-ci ildən keçirilən “Gənclərin və tələbələrin XIX Ümumdünya Festivalı” BMT-nin XVII davamlı inkişaf proqramı vasitəsilə təşkil edilir. Əsas altı dili (ərəb, çin, ingilis, fransız, rus və ispan dilləri) əhatə edən festivalda gənclər arası siyasi və aktual məsələlər, qlobal iqtisadiyyat, bilik iqtisadiyyatı, ictimai qurumların inkişafı, siyasət və beynəlxalq təhlükəsizlik, mədəniyyət və qloballaşma mövzularında fikir mübadiləsi aparılacaq. İdman yarışları, mədəni və bir çox yaradıcı tədbirlər üzrə açıq müzakirələr həyata keçiriləcək.

752 2
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser