UNEC müəllimləri beynəlxalq konfransda çıxış edib

29 APREL 2016 | VIEWS:
1505

Aprelin 29-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bir qrup müəllimi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr edilən Gənc tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransında elmi məruzə ilə çıxış edib.

Azərbaycan Respublikası Prezidentinin yanında Bilik Fondu və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransın məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək və onların elmə marağını artırmaqdır. Eyni zamanda, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemləri müzakirə edərək, həll yolları üçün təkliflər irəli sürməyi təmin etməkdir.

Konfransda iştirak edən tədqiqatçılar mühəndislik, təbiət, iqtisadiyyat, filologiya elmləri, pedaqogika, tarix və hüquq elmi istiqamətləri üzrə araşdırmalarını təqdim ediblər. UNEC-dən Mexanika bölməsində Məhəmmədəli Nuriyev, Aytən Ağayeva, Mövlud Hüseynov, Əhməd-Cabir Əhmədov, İqtisadiyyat bölməsində Samirə Quliyeva, Aysel Novruzova, Ülvi Kazımlı, Jalə Əfəndiyeva, Anar Eyyubov, Ramin Məmmədxanov, Səbuhi Paşayev, Elxan Vəliyev, Oqtay Quliyev, Pərvin Paşayeva, Gülşən Vəliyeva, Ramil Cabbarov, İsgəndər Babazadə, Aysel Musayeva, Tərlan Orucova, Rövşən Quluyev, Zülfiyyə Sadıqova, Azərbaycan dili bölməsində Aynur Qədimalıyeva çıxış edib.

Sonda məruzəçilərə sertifikat təqdim edilib.

1506 1