UNEC müəllimləri Səlçuk Universitetində mühazirə oxuyub

16 NOYABR 2016 | VIEWS:
2426

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq münasibətlər kafedrasının baş müəllimləri Təranə Şirvanova ilə Afət Seyidova Beynəlxalq Mevlana mübadilə proqramı çərçivəsində Türkiyə Respublikasının Konya şəhərində – Səlçuk Universitetində ezamiyyətdə olublar.

T.Şirvanova Səlçuk Universitetinin Beynəlxalq münasibətlər bölümündə bakalavr, magistr və doktorantlara “Azərbaycan – Avropa İttifaqı münasibətləri”, “Azərbaycan – ABŞ münasibətləri müstəqillik dövründə”, A.Seyidova isə “Azərbaycan – Rusiya münasibətləri keçmişdən bu günə”, “Dağlıq Qarabağ münaqişəsi” mövzularında mühazirələr oxuyublar. Tələbələr UNEC müəllimlərinin mühazirələrini maraqla qarşılayıb.

Səlçuk Universitetinin rektoru ilə Mevlana Mübadilə proqramının müxtəlif ölkələrdən olan iştirakçıları ilə keçirilən rəsmi görüşdə iştirak edən müəllimlər UNEC haqqında geniş təqdimatla çıxış ediblər.

İki həftə davam edən səfər çərçivəsində UNEC müəllimləri “Darbeden sonrakı Türkiyə” konfransında və “Türkiyənin qonşuları: Azərbaycan” mövzusunda keçirilən elmi seminarda çıxış edərək, iştirakçıların suallarını cavablandırıblar.

 

2427 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna