UNEC müəllimlərinin nəzərinə: “Mevlana Mübadilə Proqramı”na sənəd qəbulu başladı

09 FEVRAL 2018 | VIEWS:
2551

UNEC-in professor-müəllim heyətinin nəzərinə!

Türkiyə Respublikasının Ali Təhsil Nazirliyi (Yüksək Öğretim Kurumu – YÖK) tərəfindən həyata keçirilən “Mevlana Mübadilə Proqramı”na 2018/2019-cu tədris ili üçün sənəd qəbulu elan edilib.

“Mevlana Mübadilə Proqramı” UNEC-in professor-müəllim heyəti üçün Türkiyənin müvafiq universitetlərində təcrübə keçmək imkanı təqdim edir. 14-30 gün müddətində həyata keçirilən mübadilə zamanı akademik heyət üzvlərinin Türkiyə universitetlərində tədris prosesində iştirak etməsi, mühazirələr oxuması, müasir tədris metodları ilə tanış olması, elmi konfranslarda iştirak etməsi, geniş kitabxana fondundan yararlanması və birgə elmi tədqiqatlar aparması nəzərdə tutulub.

Mübadilə ilə bağlı xərclər YÖK təqaüdü hesabına ödəniləcək.

Tələb olunan sənədlər:

  1. Namizəd üçün müraciət forması (Öğretim elemanı bilgi formu)
  2. Namizəd haqqında ətraflı məlumat (portfolio və ya özgeçmiş)
  3. Çap olunan elmi əsərlərin siyahısı (türk və ya ingilis dilində)
  4. Xarici pasportun surəti
  5. 3×4 şəkil – 2 ədəd
  6. CV (ingilis və ya türk dilində)

Proqramda iştirak etmək istəyən müəllimlər tələb olunan sənədləri 20 fevral 2018-ci il tarixinə qədər Beynəlxalq Əməkdaşlıq Departamentinə təqdim etməlidirlər.

Qeyd edək ki, namizədlər müvafiq müraciət formasında yalnız 3 universiteti qeyd etməlidir.

Proqramla bağlı ətraflı məlumatı www.mevlana.yok.gov.tr ünvanından və Beynəlxalq Əməkdaşlıq Departamentinədən əldə etmək mümkündür.

Əlaqələndirici şəxs: Pərvin Paşayeva

Əlaqə üçün: E-mail: [email protected]
Telefon: +994 12 492 60 45

Mevlana mübadilə proqrami çərçivəsində unec-in əməkdaşliq etdiyi universitetlərin siyahisi

2552 1