UNEC müəllimlərinin reytinqində üçüncü – prof. Zahid Məmmədov

06 OKTYABR 2016 | OXUNUB:
825

Zahid-m111-Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Zahid Məmmədov 2015/2016-cı tədris ili üzrə differensial əmək haqqı sistemində ilk 100-yə daxil olan müəllimlərin reytinq sıralamasında üçüncü yerdə qərarlaşıb.

1965-ci ildə doğulub. 1988-ci ildə Leninqrad Maliyyə-iqtisad İnstitutunun Bakı Filialında bakalavr, 1998-cü ildə Mərmərə Universitetində fəlsəfə doktoru, 2006-cı ildə isə Sankt-Peterburq Dövlət Maliyyə-iqtisad Universitetində iqtisad elmləri doktoru dərəcəsi alıb. Maliyyə və bankçılıq üzrə mütəxəssisdir. Hazırda UNEC Maliyyə və maliyyə institutları kafedrasının professoru və Elm şöbəsinin müdiridir. UNEC-də tətbiq edilən differensial əmək haqqı sistemində 2015-2016-cı tədris ilində reytinq balına (43,235) görə üçüncü müəllim olub. Differensaial əmək haqqı sistemində Zahid Məmmədovun balı aşağıdakı göstəricilər əsasında formalaşır:

Elmi nəşr və istinadlar

–         AMEA-nın Xəbərləri “İqtisadiyyat” seriyası jurnalının 2015-4 sayında “Monetar siyasətin tətbqiində məqsəd və vəzifələr: təhlil və qiymətləndirmə” adlı məqaləsi;

–         Nüfuzlu milli nəşriyyat tərəfindən nəşr edilmiş “Bank sektorunda böhran, pul siyasəti və maliyyə bazarlarına nəzarət modeli: aktual meyllər və dünya təcrübəsi” adlı monoqrafiyası;

–         “Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu” adlı elmi-praktiki konfransın materiallarında nəşr olunmuş “Fiskal siyasətin prioritet istiqamətləri” adlı elmi məruzəsi;

–         “Ekonomika i upravlenie: problemı, reşeniya” jurnalının may 2016 sayında nəşr edilmiş “Модернизации финансового надзора и регулирования: мировой опыт и актуальные тенденции” adlı məqaləsi;

–         Rusiya Dövlət Humanitar Universitetində 2016-cı ildə keçirilən beynəlxalq elmi-praktiki konfransın materiallarında nəşr edilmiş “Перспективы развития алтернативных финансовых институтов: страновые особенности и применение в странах СНГ” adlı elmi məruzəsi;

–         Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Maliyyə və uçot” jurnalının 3/2016 sayında nəşr edilmiş “Dünya təcrübəsi kontekstində Maliyyə Bazarlarına Nəzarət sistemi: təhlil və qiymətləndirmə” adlı məqaləsi;

–         “Ekonomika i upravlenie: problemı, reşeniya” jurnalının redaksiya şurasının üzvlüyü;

–         “Müasir Şəraitdə Auditin Tənzimlənməsinin Aktual Problemləri” adlı beynəlxalq elmi-praktiki konfransın materiallarında nəşr edilmiş “Maliyyə sabitliyinin təminatında bank nəzarət orqanlarının rolu: dünya təcrübəsi və Azərbaycan reallığı” adlı elmi məruzəsi;

–         “Qanun” elmi hüquq jurnalının redaksiya heyətinin üzvlüyü;

–         “Audit” jurnalının 4/2015 sayında nəşr edilmiş “Bank fəaliyyətində pul siyasətinin təhlili və qiymətləndirilməsi prinsiplərinin konseptual əsasları” adlı məqaləsi;

–         “Qanun” elmi hüquq jurnalının 03(257)2016 sayında nəşr edilmiş “Bank sistemində islahatların gücləndirilməsinə böhranın təsiri: dünya iqtisadi təcrübəsində əsas inkişaf yolları” adlı məqaləsi;

–         “Kooperasiya” elmi-praktiki jurnalının 1(40)2016 sayında nəşr edilmiş “Bank sisteminin dayanıqlılığının tənzimlənməsinin metodları və monitorinq üsulları” adlı məqaləsi;

–         “Kooperasiya” elmi-praktiki jurnalının 4(39)2015 sayında nəşr edilmiş “Böyük 7-lər qrupuna daxil olan ölkələrin bank sistemi: təhlil və qiymətləndirmə” adlı məqaləsi;

–         Rusiya Dövlət Humanitar Universitetində 2015-ci ildə keçirilən beynəlxalq elmi-praktiki konfransın materiallarında nəşr edilmiş “Перспективы развития альтернативных финансовых институтов: страновые особенности и применение в станах СНГ” adlı elmi məruzəsi;

Elmi tədbirlər

–         AMEA və UNEC-in təşkil etdiyi “Elm və Təhsilin Vəhdəti: Qlobal Çağırışlar və Lokal İmkanlar” adlı konfransda məruzəçi;

–         Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetində təşkil edilən “İtirilən artımın axtarışında” adlı II Beynəlxalq Forumda məruzəçi;

–         Sankt-Peterburq Dövlət Universitetində keçirilən VII Beynəlxalq elmi-praktiki konfransda məruzəçi;

–         Rusiya Dövlət Humanitar Universitetində keçirilən XI Beynəlxalq elmi konfransda məruzəçi;

–         “Müasir elmin aktual problemləri” adlı Respublika elmi konfransında məruzəçi;

–         Doktorantların və Gənc tədqiqatçıların XX respublika elmi konfransında moderator;

–         Rusiyada keçirilən “Dünya Universitetləri” adlı beynəlxalq konfransda məruzəçi;

–         UNEC-də keçirilən gənc tədqiqatçıların elmi konfransında moderator;

–         UNEC-də “Müasir dünyada yeni meyllər və aktual problemlər” mövzusunda keçirilən konfransda moderator;

Dərslər

–         Tələbənin müəllimi qiymətləndirmə anketində balı 84,167;

–         Tələbələrinin mənimsəmə səviyyəsi 60,781.

Elmi rəhbərlik

–         Müdafiə edən 1 diplomata rəhbərlik;

–         Müdafiə edən 2 magistranta rəhbərlik;

–         Müdafiə edən 1 doktoranta rəhbərlik;

Tədris-metodiki vəsaitlər

–         Hazırlanan 1 dərs vəsaitinin müəllifi olmuşdur.

–         Hazırlanan 1 proqramın həmmüəllifi olmuşdur.

Tədris komissiyaları

–         UNEC tədris-metodiki Şurasına üzvlük;

–         UNEC Elmi seminarına üzvlük;

–         UNEC doktorluq imtahanlarının keçirilməsi komissiyasına üzvlük;

–         UNEC doktorluq dissertasiya müdafiəsi şurasına üzvlük;

–         Magistr Dissertasiyaları üzrə İxtisaslaşmış müdafiə şurasında üzvlük;

–         UNEC Özünüqiymətləndirmə və Keyfiyyətin Yüksəldilməsi şurasına üzvlük;

–         UNEC doktorantura pilləsində ixtisas imtahanlarının keçirilməsi komissiyasına üzvlük;

–         Differensial əmək haqqı komissiyasında üzvlük.

İxtisasa uyğun seminar və treninqlərdə iştirak

–         Thomson Reutersin informasiya resurslarından istifadə üzrə təlim;

–         “İslam Bankçılığı” üzrə təlim;

–         Sakarya Universitetində treyninqdə iştirak.

Nufuzlu peşə birliklərinə üzvlük

–         Azərbaycan iqtisadçılar İttifaqına üzvlük;

–         Novaya Ekonomiçeskaya Assosiasiyaya üzvlük.

 

826 1