UNEC – növbəti beynəlxalq uğur

04 FEVRAL 2019 | OXUNUB:
170

Avstraliyada yerləşən UniRank reytinq təşkilatı 2019-cu ilin yanvar ayında dünya universitetlərinin reytinqini açıqlayıb.

UniRank reytinq təşkilatının 200-dən artıq ölkədə rəsmi qeydiyyatdan keçmiş 13600 ali təhsil müəssisəsinin analizi nəticəsində aparılan reytinq sıralamasında UNEC dünya üzrə 610-cu yerə çıxaraq Azərbaycan universitetləri arasında 2019-cu ildə də liderdir.

UniRank reytinq agentliyinin regional reytinq sıralaması olan “Asiyanın 200 ən yaxşı universiteti” sıralamasında UNEC Asiyanın 122-ci ən yaxşı universiteti seçilib. UNEC Yaponiyanın (Kobe Universiteti), Çinin (Şanxay Maliyyə və İqtisad Universiteti), Türkiyənin (Boğaziçi Universiteti, Ankara Universiteti) və regionun bir sıra məşhur universitetlərini qabaqlayıb.

uniRank haqqında: 2005-ci ilin may ayından etibarən ildə iki dəfə nəşr olunan uniRank dünya üzrə akkreditasiya olunan ali təhsil müəssisələrinin veb populyarlığı üzrə təhlilini ehtiva edən beynəlxalq ali təhsil direktoriyası və axtarış sistemidir. Reytinq dünya üzrə 13600 universitet və kolleci əhatə edir.

Reytinq 4 veb mənbədən alınan 5 müstəqil veb ölçmələrə əsaslanan alqoritm üzrə aparılır. uniRank-in ölçü komponentlərini Moz Domain Authority, Alexa Global Rank, SimilarWeb Global Rank, Majestic Reffering Domains və Majestic Trust Flow təşkil edir.

[a href=”http://news.unec.edu.az/xeber/125-universitet/4845-unec-novbeti-beynelxalg-ugur”][/a]

171 1