UNEC pandemiya dövründə tədrisi ən yaxşı təşkil edilən universitet seçilib

02 MART 2021 | VIEWS:
275

UNEC-in rektoru, professor Ədalət Muradov ölkənin ali təhsil üzrə ən böyük sosial şəbəkələrdən olan “Azərbaycan Universitetləri“ facebook səhifəsi tərəfindən təltif edilib.

Səhifənin admini Zöhrab Süleymanov pandemiya dövründə 2019/2020-ci tədris ilinin yaz, 2020-2021-ci ilin payız semestrində tədrisi ən yaxşı təşkil etdiyinə görə UNEC-in rektoru, professor Ədalət Muradova plaket təqdim edib.

*

https://news.unec.edu.az/xeber/125-universitet/7227-unec-pandemiya-dovrunde-tedrisi-en-yaxshi-teshkil-edilen-universitet-sechilib

276 2