“UNEC Payız Kuboku-2017”

13 OKTYABR 2017 | OXUNUB:
208

“UNEC Payız Kuboku-2017” yarışının növbəti oyunları keçirilib. Azfar stadionunda keçirilən yarışda  “UNEC United” komandası “TÜDİFAK”la, “UNEC RESH” komandası isə “UNEC Security” komandası ilə mübarizə aparıb.

“Qol yağışı” ilə yadda qalan oyunda “UNEC United” “TÜDİFAK”-a 10:1 hesabı ilə qalib gəlib. Bununla da, “UNEC United” xallarının sayını 6-ya çatdıraraq, A qrupunda liderliyə yüksəlib.

“UNEC RESH”  və “UNEC Security” komandası arasında gərgin və maraqlı keçən oyun isə 8:6 hesabı ilə bitib. Yarışın qalibi “UNEC RESH” komandası olub.

Yarışın bombardirləri sırasına Nəsimi İsmayılov (11 qol, “UNEC United”) liderlik edir. Növbəti yerlərdə Hikmət Babayev (8 qol, “UNEC United”), Anar Eyyubov (6 qol, “UNEC RESH”), Fərid Həsənov (4 qol, “UNEC Security”), Altay İsmayılov (3 qol, “UNEC Beynəlxalq İqtisadiyyat FC”) və Ceyhun İsmayılovdur (3 qol, “İqtisadçılar”).

“UNEC Payız Kuboku-2017” həyəcanı davam edir.

209 1