UNEC professorları qlobal risqlərin həlli ilə bağlı təkliflər hazırlayıblar

27 NOYABR 2015 | VIEWS:
545

Noyabrın 25-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq iqtisadiyyat kafedrası “Azərbaycan iqtisadiyyatı qlobal risklər şəraitində” mövzusunda dəyirmi masa keçirib.

Kafedranın professoru İrşad Kərimli tədbirdə məruzə ilə çıxış edib. Universitetin professor-müəllim heyəti mövzu ilə bağlı müzakirələr aparıb, problemin həlli yollarını barədə təkliflərini irəli sürüblər. Tədbirdə iştirak edən UNEC-in xaricdə təhsil alan gənc müəllimləri mövzunu xarici təcrübə ilə əlaqələndirib, fikirlərini bölüşüblər.

Təkliflərin universitetin Elm və innovasiyalar mərkəzinə təqdim olunması nəzərdə tutulub.

546 1