UNEC professorları türkiyəli həmkarları ilə telekörpü keçirdi

14 MART 2016 | OXUNUB:
714

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professorları ilə Türkiyənin nüfuzlu universitetlərinin professorları arasında telekörpü keçirilib.

UNEC professoru Zahid Məmmədovun təşkilatçılığı ilə keçirilən telekörpüyə Türkiyənin Sakarya Universitetinin İşlətmə fakültəsinin dekanı, professor Ahmet Vecdi Can və Uludağ universitetinin prorektoru, professor Mehmet Yüce qatılıb. Hər iki türkiyəli professor universitetlərindəki tədrisin təşkili, tədris planları, ixtisaslaşma təcrübəsi, müəllim-tələbə münasibətləri barədə ətraflı məlumat verib. Bakalavr, magistratura və doktorantura pilləsində tətbiq edilən imtahanların keçirilmə qaydalarından danışıblar.

Telekörpüdə UNEC professorları türkiyəli həmkarları ilə seminar və mühazirələrin təşkili, dərs bölgüsü haqqında da ətraflı fikir mübadiləsi aparıblar. Tələbələrin istehsalat təcrübəsinin təşkili məsələlərini müzakirə edib və təcrübələrini bölüşüblər.

Qeyd edək ki, pedaqoji heyətin elmi potensialını artırmaq məqsədi ilə yanvar ayında UNEC-in 15 professoru Türkiyə universitetlərinə ezam olunmuşdu. Səfər zamanı professorlar Türkiyənin digər nüfuzlu universtetləri ilə yanaşı, Sakarya Universiteti və Uludağ Universitetində olublar.

715 1