UNEC professoru beynəlxalq konfranslarda iştirak edib

05 APREL 2017 | VIEWS:
1789

UNEC-in “İqtisadi nəzəriyyə” kafedrasının müdiri, professor Əlican Babayev III Sankt-Peterburq Beynəlxalq konqresində iştirak edib.

S.Y.Vitt adına Yeni Sənaye İnkişafı İnstitutunun Rusiya Elmlər Akademiyası və  Rusiya Azad İqtisadçılar Cəmiyyəti ilə birgə təşkil etdiyi konqres Dj.K.Helbretin “Yeni sənaye cəmiyyəti” adlı kitabının çapının 50 illiyi ilə əlaqədar “Rusiyanın Forsaytı. Yeni sənaye cəmiyyəti. Yenilənmə” mövzusuna həsr olunub.

Ə.Babayev konqresin “Yeni sənaye cəmiyyəti: Rusiya və dünya konteksti” adlı I plenar konfransda “Vahid milli təkrar istehsal prosesi kompleksində maddi istehsalın və sosial sferanın qarşılıqlı əlaqəsi” mövzusunda məruzə ilə çıxış edib.

Konqresin işində Rusiya və xarici ölkə alimlərinin, eləcə də ABŞ, Azərbaycan, Avstriya, Almaniya, Böyük Britaniya, Fransa, Yunanıstan, Estoniya,  Çin, Qazaxıstan iqtisadçıları və ekspertlərin təmsil olunduğu 300-dən artıq nümayəndə iştirak edib.

Səfər çərçivəsində professor Ə.Babayev M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təşkil edilən beynəlxalq elmi konfransa da qatılıb. “Müasir Rusiya iqtisadiyyatı: Staqnasiyadan çıxışın Keynsçi variantı” mövzusuna həsr olunan beynəlxalq konfransda UNEC professoru “İqtisadiyyatın innovasiyalı inkişafının təmin edilməsində müasir dövlətin rolunun xususiyyətləri” mövzusunda çıxış edib.

Konfransda Rusiya, Azərbaycan, Belarus, Yunanıstan, Çin və  Qazaxıstanın iqtisadçı-alimləri çıxış ediblər.

UNEC professoru V Moskva Beynəlxalq İqtisadi Forumunda da iştirak edib. Rusiya və digər ölkələrin iqtisadi siyasətlərinin inkişafına istiqamətlənmiş strateji qərarların və antiböhran proqramların işlənib hazırlanması üzrə beynəlxalq ekspertlərin məkanı olan forum “Dünya tarixində dönuş. Rusiyanin yeni strategiyasi” mövzusunda olub. Forumun  2 saylı konfransında Ə.Babayev “Müasir iqtisadiyyatda maddi istehsal və xidmət sferası” mövzusu ilə çıxış edib.

ABŞ, Azərbaycan, Avstriya, Almaniya, Böyük Britaniya, Kuba, Polşa, Yaponiya, İtaliya, Fransa, Yunanıstan, Çin, Qazaxıstanın, eləcə də beynəlxalq maliyyə təşkilatlarının və başqa ölkələrin alimlərini əhatə edən forumda 500-dən artıq  nümayəndə iştirak edib.

1790 1