UNEC rektoru I Beynəlxalq Humanitar Elmlər Forumunda çıxış edib

24 MAY 2016 | VIEWS:
2160

Mayın 23-də Qazaxıstanın paytaxtı Astana şəhərində Beynəlxalq Türk Akademiyası, Qazaxıstan Respublikası Prezident Kitabxanası və Türkiyə Respublikası Baş Nazirliyi Atatürk Kültür, Dil və Tarix Ali Qurumunun təşkilatçılığı ilə “Böyük Çöl” I Beynəlxalq Humanitar Elmlər Forumu keçirilib.

Forumun “Avrasiyada elmi əməkdaşlıq və inteqrasiya: Çağdaş yanaşmaları axtarmaq” adlı birinci panelində Azərbaycan Dövlət iqtisad Universitetinin (UNEC) rektoru, Türk Dünyası İqtisadçılar Birliyinin (TÜRKİB) sədri, professor Ədalət Muradov “Avrasiyada elmi əməkdaşlığın yeni müstəvisi: Türk Dünyası İqtisadçılar Birliyi” mövzusunda elmi məruzə ilə çıxış edib. Rektor öz məruzəsində Avrasiyada elmi əməkdaşlıq və inteqrasiyanın dərinləşdirilməsinin zəruriliyi və əhəmiyyətini vurğulayıb, bu istiqamətdə TDİB-nin görəcəyi işlərdən danışıb.

Forumda dünyanın 20-ə yaxın ölkəsinin dövlət adamları, beynəlxalq təşkilat rəhbərləri, diplomatlar və elm adamları iştirak edib.

2161 1