UNEC rektoru: “Təcrübənin təşkilinə diqqət artırılmalıdır”

03 MAY 2016 | VIEWS:
873

Azərbaycan Dövlət iqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov IV kursda təhsil alan bir qrup tələbə ilə görüşüb. Görüşdə əsas müzakirə mövzusu UNEC-də təcrübənin təşkili olub. Universitet tələbələri bu mövzu ilə bağlı qarşılaşdıqları problemlərdən danışıblar və onları maraqlandıran sualları rektora ünvanlayıblar.

Görüş zamanı təcrübə rəhbərləri tərəfindən subyektivizm halları, əlavə bürokratik tələblər, süründürməçilik, təcrübə hesabatlarının hazırlanmasında lazımsız, mövcud olmayan tələblərin irəli sürülməsi, tələbələrin təcrübə obyektlərində ixtisas təcrübəsinə uyğun olmayan işlərə cəlb edilməsi və onlara biganə münasibətlər müzakirə edilib.

Tələbələrin problemlərini dinləyən rektor müraciətlərin şəffaf və operativ həll edilməsi üçün “Təcrübənin təşkili” şöbəsinə ciddi tapşırıqlar verib.

Təcrübənin təşkilinin universitet üçün prioritet olduğunu bildirən Ədalət Muradov gələcəkdə bu sahə üzrə bir sıra yeniliklərin nəzərdə tutulduğunu, xüsusən təcrübə keçən tələbələrə əmək kitabçasının açılması, iş fəaliyyəti qarşılığında məvacibin ödənilməsi məsələlərinin ali məktəb rəhbərliyinin diqqətində olduğunu qeyd edib.

874 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna