UNEC tələbələri beynəlxalq sertifikat qazanıb

06 SENTYABR 2017 | VIEWS:
1236

UNEC tələbələrinin Rusiya Federasiyasında beynəlxalq bank təcrübəsi uğurla başa çatıb.

Rusiya Əmanət Bankı, Rusiya Xarici Ticarət Bankı (Bank VTB 24) və MBA Moskva Bankının Sankt-Peterburq filiallarında bir aylıq yay təcrübəsini uğurla başa vuran tələbələrə həmin bankların müvafiq beynəlxalq sertifikatları təqdim olunub. Sertifikat tələbələrə dünyanın istənilən bankında sınaq müddəti keçmədən birbaşa əmək fəaliyyətinə başlamaq hüququ verir. UNEC-in Maliyyə və maliyyə institutları kafedrasının professoru, təcrübənin rəhbəri Elnur Sadıqov bildirib ki, UNEC tələbələri mütəmadi olaraq Rusiya banklarında beynəlxalq təcrübədə olurlar. Həmin bankların xarici fəaliyyətinin əsas istiqamətlərindən biri beynəlxalq sahədə kadrların hazırlanması  hesab edilir.

Beynəlxalq bank təcrübəsinin öyrənilməsi iyul və avqust aylarına təsadüf etdiyinə görə, UNEC-in istənilən  bakalavr, magistr və doktorantı könüllü olaraq bu layihədə iştirak edə bilər. Professor E.Sadıqov UNEC-in respublikada tələbələri xarici ölkədə bank təcrübəsi keçən yeganə ali təhsil ocağı olduğunu da vurğulayıb.

1237 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna