UNEC tələbələri biliklərini təcrübədə uğurla tətbiq edir

11 MAY 2018 | OXUNUB:
382

UNEC-in yuxarı kurs tələbələrinin ixtisas təcrübəsi uğurla davam edir.

İqtisadiyyat ixtisası üzrə IV kursda təhsil alan 35 tələbə ixtisas təcrübəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində keçir.

Təcrübə zamanı tələbələr mərkəzin Əmək bazarı və məşğulluq problemləri şöbəsində əmək bazarının öyrənilməsi, monitorinqi prosesləri, o cümlədən sorğu anketlərinin hazırlanması və sorğuların keçirilməsi texnologiyaları ilə tanış olaraq, həmin proseslərdə yaxından iştirak ediblər. Həyat səviyyəsi və sosial müavinətlər şöbəsində isə onlar sosial müavinətlər sisteminin vəziyyəti, eləcə də, ünvanlı sosial yardım mexanizminin fəaliyyəti, özünüdəstək proqramının tətbiqi ilə bağlı yeniliklərlə tanış olublar.

Hazırda tələbələr təcrübələrini Kadr hazırlığı və ixtisasartırma kursunun təşkili ilə Əmək şəraiti və əməyin mühafizəsi şöbələrində davam etdirirlər.

Tələbələrin təcrübə prosesinin gedişinə UNEC-in təyin etdiyi təcrübə rəhbərləri professor Natiq Qasımov, dosentlər Sevinc Bayramova, Həmid Zeynalov, İsmayıl İsmayılov və Rəşad Hüseynov nəzarət edir.

Müəssisə tərəfindən təyin edilən təcrübə rəhbərləri dosent Mətləb Mahmudov və Elxan Novruzov ixtisas təcrübəsi dövründə UNEC tələbələrinin bilik və bacarıqlarını yüksək qiymətləndirərək onların tapşırıqları uğurla yerinə yetirdiklərini bildiriblər.

UNEC news

383 1