UNEC tələbələri diploma layiq görülüb

10 MAY 2016 | VIEWS:
2098

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “Dayanıqlı inkişaf: cəmiyyət və iqtisadiyyat” mövzusunda ali təhsil müəssisələri tələbələrinin III respublika konfransında iştirak ediblər.

İqtisadiyyat və sənaye fakültəsinin tələbəsi Səbuhi Paşayev “Regionlarda daxili inkişafın təmin edilməsində investisiya qoyuluşlarının rolu”,  Texnologiya və  dizayn fakültəsinin tələbəsi Jalə Mehdizadə isə “Bazar iqtisadiyyatında istehsal edilən qida məhsullarının keyfiyyətinin yüksəldilməsi yolları” mövzusundakı çıxışlarına görə konfransın xüsusi diplomuna layiq görülüblər.

Konfransda iştirak edən digər UNEC tələbələrinə isə sertifikatlar təqdim edilib.

2099 1