UNEC tələbələri “III Qış Elm Festivalı”nın qalibi olublar

22 DEKABR 2017 | VIEWS:
1746

DSC_0036UNEC tələbələri “III Qış Elm Festivalı”nda qalib gəliblər.

UNEC-in Tələbə Elmi Cəmiyyəti Bakı Mühəndislik Universitetinin Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi “III Qış Elm Festivalı”nda iştirak ediblər. 20-dən çox ali təhsil müəssisəsinin tələbələri və orta məktəb şagirdlərinin qatıldığı festivalda iqtisadiyyat, riyaziyyat, mühəndislik, kompüter elmləri, fizika, kimya, biologiya, dil və ədəbiyyat kateqoriyaları üzrə 100-ə yaxın layihə nümayiş etdirilib.

UNEC-in I kurs tələbələri Şamxal Hüseynli və Ləman Quliyeva “ButterFly” layihəsi ilə kompüter elmləri nominasiyası üzrə I yerə layiq görülüblər.

Dünyanın ən nəhəng brouzerlerindən (Google Chrome, Mozilla) həcmi ilə fərqlənən “ButterFly” Azərbaycanın ilk mobil brouzeridir. “Play Store”də Google Chrome 86 mb yaddaş əhatə edirsə, “Butterfly” cəmi 3,12 mb yaddaş tutur. Layihənin digər özəlliyi isə onda olan xüsusi Ad-blocker funksiyasıdır.

Qaliblər diplom və sertifikatlarla mükafatlandırılıblar.

1747 1