UNEC tələbələri ilə Şuşa məktəbliləri dünyaya Qarabağdan danışacaqlar

04 MAY 2016 | VIEWS:
2786

Mayın 4-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələr Şuşa şəhərinin işğal edilməsinin 24 illiyini qeyd ediblər. Beynəlxalq İqtisadiyyat Məktəbində ingilis dili dərsində Bakıda yerləşən Şuşa şəhəri 1 saylı Malibəyli kənd orta məktəbi ilə online görüş təşkil edilib.

İngilis dilində keçirilən görüşdə məktəblilər Şuşa, oxuduqları məktəb, şəhərin Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilməsi və döyüşlərdə həlak olan şəhidlər barədə danışıblar. Məktəbli və tələbələr sosial şəbəkə vasitəsi ilə Qarabağ həqiqətlərinin dünyaya yayılmasında necə iştirak edə biləcəklərini müzakirə ediblər. Şuşa şəhəri 1 saylı Malibəyli kənd orta məktəbinin direktoru Gunəş Hüseynova ilə UNEC müəllimi Aynur Mirzəyeva Azərbaycan xalqının başına gətirilən fəlakətlərin dünya ictimaiyyətinə çatdırılmasının gənclərin əsas vəzifələrinin olduğunu bildirib.

Sonda G.Hüseynova rəhbərlik etdiyi məktəbin məzunlarını bu gün UNEC auditoriyasında görməkdən məmnun olduğunu bildirib. UNEC tələbələri Namiq Hüseynov ilə Xəyalə Gözəlova Şuşa məktəbində oxuyarkən əldə etdikləri biliklərə görə müəllimlərinə təşəkkür ediblər.

2787 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna