UNEC tələbələri IX ümumrespublika olimpiadasının qalibi olublar

04 DEKABR 2015 | OXUNUB:
1050

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Vergilər Nazirliyi və UNEC-in birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan IX ümumrespublika olimpiadasının qalibi olublar. Tələbələrimiz “Vergilər” mövzusunda keçirilən olimpiadaya qoşulan 14 ali məktəbinin 300-dək tələbə və magistrantı arasından birinci yerə layiq görülüblər.

Qalib tələbələrimizi təqdim edirik:

I yer      –  Məmmədzadə Murad Teymur oğlu (UNEC)

II yer     –   Əlizadə Zümrüd Mürşüd qızı (UNEC)

III yer    –   Hüseynli İsgəndər Həbib (UNEC)

I yer tutduğuna görə Murad Məmmədzadənin müəllimi, UNEC-in “Vergi və vergiqoyma” kafedrasının müdiri, iqtisad elmləri doktoru Yaşar Kəlbiyev də xüsusi mükafata layiq görülüb.

Magistrantlar arasında mükafata layiq görülənlər aşağıdakılardır:

I yer      –   Həmidova Mədinə Bəhruz qızı (UNEC)

II yer     –   İsmayılov Orxan Oqtay (UNEC)

III yer    –  Əsədzadə Vüsal Həsən oğlu  (UNEC)

UNEC-in magistrantı I yer tutduğuna görə həmin magistrantın müəllimi də xüsusi mükafata layiq görülüb.

 

1051 3