UNEC tələbələri P2P – “Ekstremizmə qarşı Mübarizə” yarışmasında

04 MAY 2017 | VIEWS:
2208

UNEC Edventure Partners və ABŞ Dövlət Departamentinin birgə təşkil etdiyi Peer to Peer (P2P) layihəsinin “Ekstremizmə qarşı Mübarizə” yarışmasında iştirak edir.

Yarışmada UNEC-i Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələrindən ibarət CH4NGE komandası təmsil edir.

Layihə çərçivəsində CH4NGE komandası 132-134 saylı təhsil kompleksinin şagirdləri ilə görüşüblər. Görüşdə şagirdlərə terrorizm və ekstremizmə qarşı mübarizə haqqında təqdimat nümayiş olunub. İngilis dilində aparılan təqdimat şagirdlərin fəal iştirakı ilə yadda qalıb. UNEC tələbələri şagirdlər arasında viktorina da keçiriblər. Görüşün fəalları Peer to Peer (P2P) layihəsinin “Ekstremizmə qarşı Mübarizə” yarışmasının köynək və dərs ləvazimatları ilə mükafatlandırılıblar.

Dünyanın 75-dən çox universitetinin qatıldığı “Ekstremizmə qarşı Mübarizə” yarışmasında UNEC-i təmsil edən CH4NGE komandası daha öncə ABŞ Dövlət Departamentinin qrantını qazanmışdı. Proqram iyunun 7-nə qədər davam edəcək. İlk 3 universitetin komandası finala vəsiqə qazanaraq, öz kampaniyalarını Vaşinqton şəhərində təqdim etmək imkanı əldə edəcəklər.

2209 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna