UNEC tələbələri Təhsil muzeyində olublar

01 FEVRAL 2016 | VIEWS:
1744

Fevralın 1-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kommersiya fakültəsinin tələbələri Təhsil muzeyində olublar.
Tələbələr muzeydə elm və təhsilin inkişaf tarixini əks etdirən sənəd, material və fotoşəkillərlə tanış olublar. Nadir dərs vəsaiti və ləvazimatlar, dərslik və proqramlar, tədris prosesində istifadə edilən texniki və əyani vəsaitlər, şagird, tələbə və müəllimlərin əl işlərinə baxış keçiriblər.
Tələbələrə muzeydəki qədim tarixə malik “Qurani-Kərim” haqqında məlumat verilib. Xeyriyyəci Hacı Zeynalabdin Tağıyev üçün yaradılan guşə tələbələrin marağına səbəb olub.

1745 1