UNEC tələbələri üçün təlim: “Ali məktəbdən müəssisəyə bir addım”

26 NOYABR 2015 | VIEWS:
698

Noyabrın 26-da “CSS” MMC-nin nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinə “Ali məktəbdən müəssisəyə bir addım” mövzusunda təlim keçib.

Təlimdə tələbələrə iş axtarma prosesi, müsahibədə uğurlu nəticə əldə etmək yolları, işəgötürən üçün ideal namizəd olmağın qaydaları haqqında məlumatlar verilib. CV-nin düzgün tərtib olunması, şirkətlərlə əlaqə yaratmaq üsulları barədə danışılıb. Bildirilib ki, tələbələr işəqəbul və müsahibə bacarıqlarını artırmaq üçün  təlimlərdə iştirak etməli və şirkətlərin təcrübə proqramlarından yararlanmalıdırlar.

Təlim zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.

699 1