UNEC tələbələrinin startapları “I2B- İdeyadan Biznesə” müsabiqəsinə vəsiqə qazanıb

22 YANVAR 2019 | VIEWS:
1287

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Beynəlxalq İqtisadiyyat (İngilis dilli)” kafedrasının nəzdində fəaliyyət göstərən “ISE Start-up Club”un təşkilatçılığı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “I2B – İdeyadan Biznesə” layihəsi birgə startap müsabiqəsi keçirib.

UNEC-də təşkil olunan müsabiqəsində tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova bildirib ki, müsabiqəyə universitetin 36 tələbəsindən 11 komanda qatılıb. Hər bir komanda müxtəlif sahələrə aid biznes ideyalarını təqdim edəcəklər.

Tədbirdə uştirak edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov ölkədə startap hərəkatının genişləndirilməsi istiqamətində həyata keçirilən işlərdən danışıb, son illər bu sahədə uğurlu nəticələr əldə olunduğunu vurğulayıb. “Bu gün ideyası olan, amma onu layihələndirməkdə çətinlik çəkən onlarla gəncin olduğunu diqqətə çatdıran R.Əzizov həmin gənclərin aşkarlanması və birlikdə yeni innovativ layihələrin ərsəyə gətirilməsinin vacibliyini vurğulayıb. O, UNEC-in keçirdiyi startap müsabiqəsinin bu istiqamətdə mühüm rol oynadığını bildirib.

UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin Strateji inkişaf şöbəsinin müdiri, “Beynəlxalq iqtisadiyyat” (ingilis dilli) kafedrasının müəllimi, “ISE Start-up Clubunun rəhbəri Turan Süleymanov tələbələrə biznes ideyaların yaradılması, maliyyələşdirilməsi, marketinqi mövzularında təlimlərin keçirildiyini bildirib, təqdim olunan startapların müxtəlif istiqamətləri əhatə etməklə yanaşı, günün tələblərinə cavab verdiyini vurğulayıb.

UNEC-in Karyera Mərkəzinin müdiri Ramil Cabbarov UNEC-də həyata keçirilən startap layihələrindən danışıb. UNEC-də İnnovativ Biznes İnkubatorun (İBİ) fəaliyyət göstərdiyini diqqətə çatdıran R.Cabbarov burada gənc menecer və sahibkarların yetişdirilməsi, startaplara tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyinin göstərilməsi üçün bütün imkanların mövcud olduğunu qeyd edib. UNEC İBİ-də ölkə iqtisadiyyatına fayda verəcək investorların yetişəcəyinə əminliyini ifadə edən mərkəz direktoru ideyanın startapa çevrilməsi yollarından da danışıb.

Sonra tələbələr startap layihələrini təqdim ediblər. “Cancarryou”, “Football Union”, “iFood”, “edulife.az” və “Boomerang” layihələri qalib seçilib.

Qaliblərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mükafatları təqdim olunub. Eyni zamanda onlar “I2B- İdeyadan Biznesə” startap müsabiqəsinin respublika üzrə finalında iştirak etmək hüququ qazanıblar.

[a href=”http://news.unec.edu.az/xeber/105-telebe/4761-unec-telebelerinin-startaplari-i2b-ideyadan-biznese-musabigesine-vesige-gazanib”][/a]

1288 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna