UNEC tələbələrinin unudulmaz bayram sovqatı

27 MART 2018 | VIEWS:
1960

UNEC ənənəvi olaraq hər Novruz Bayramında həyata keçirdiyi “Kitab at!” layihəsini bu il də reallaşdırıb.

Ölkədə mütaliə mədəniyyətini inkişaf etdirmək, eyni zamanda qədim ənənələrə söykənən Novruzda kitab oxumaq vərdişini gündəmə gətirmək məqsədi daşıyan “Kitab at!” layihəsi çərçivəsində UNEC-in tələbələrinin topladığı kitablar bayram sovqatı kimi evlərə paylanıb. UNEC-in dəstəyi, “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihəyə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində start verilib. UNEC tələbələri Cocuq Mərcanlı sakinləri üçün xüsusi olaraq uşaq ədəbiyyatı, şeir və romandan ibarət 30 adda 100 yeni kitabı evlərə paylayıblar.

Sonra isə bayram günlərində tələbələr beş min bədii ədəbiyyat nümunəsini Bakı, Sumqayıt, Gəncə və Şəmkir sakinlərinə bağışlayıblar. Qeyri-adi bayram sovqatını alan hər kəs UNEC tələbələrinin bu mütərəqqi addımını unudulmaz bayram təbriki adlandırıblar.

1961 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser