UNEC tələbəsi: “Bu döyüşü qazansam, dünya çempionatına lisenziya qazanmış oluram”

03 DEKABR 2015 | VIEWS:
3704

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və Sənaye fakültəsinin III kurs tələbəsi Ümid Məmmədzadə Radio UNEC-də UNEClub-ın qonağı olub.

Bu günlərdə Ukraynanın Odessa şəhərində təşkil olunan qaydasız döyüşün MMA versiyası üzrə “World MMA Network Maxmıx” turnirində birinci yeri qazanan tələbə – çempion qaydasız döyüş ilə uzun illərdir peşəkar səviyyədə məşğul olduğunu bildirib. İdman ustası uşaqlıqda sakit olduğunu, idmana marağının sonralardan yarandığını söyləyib. Təhsil və idmanın bir-birinə maneə olmadığını söyləyən çempion, gündə iki dəfə məşq etdiyini və bu işdə onu yaxın dostu Elməddin Mehdiyevin ruhlandırdığını vurğulayıb.

Ümid Məmmədzadə sonuncu yarışının reytinq xarakterli olduğunu və bu döyüşdən sonra lisenziya qazanaraq dekabrın 15-də Xarkov şəhərində növbəti rinqə çıxacağını bildirib: “Bu döyüşü qazansam, dünya çempionatına lisenziya qazanmış oluram”.

Ümid qaydasız döyüş üzrə ikiqat dünya, habelə Avropa, üçqat respublika, Qafqaz çempionudur. Bir sıra beynəlxalq turnirlərin mükafatçısı olan UNEC tələbəsi gələcəkdə eyni zamanda iqtisadiyyat sahəsində də çalışmaq planlarının olduğunu bildirib.

3705 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna