UNEC TGT “Tədrisin keyfiyyəti tələbələrin gözü ilə” layihəsində aktiv iştirak edəcək

07 OKTYABR 2016 | VIEWS:
2047

rasul11UNEC Tələbə Gənclər Təşkilatının VII hesabat-seçki konfransında TGT-nin İdarəetmə Şurasının səs çoxluğu ilə Rəsul Həşimov UNEC TGT-nin yeni sədri seçilib. UNEC TGT-nin yeni sədri ilə tanış olaq:
Həşimov Rəsul Ağarəhim oğlu 1997-ci ildə İsmayıllı rayonunda anadan olub. İlk təhsilini Bakıdakı 20 saylı orta məktəbdə alıb. Orta təhsilini bitirdikdən sonra qəbul imtahanlarında yüksək göstəricilər əldə edərək, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat fakültəsinə qəbul olub.
Rəsul Həşimov hazırda UNEC-in üçüncü kurs tələbəsidir. Tələbəliyin ilk illərindən universitetin ictimai işlərində yaxından iştirak edib, Tələbə Gənclər Təşkilatının fakültə üzrə sədri olub.
– Rəsul, regionun ən böyük iqtisadyönümlü universitetinə TGT sədri seçilmisiz. 3 namizəd arasından sizin seçilməyiniz nə ilə bağlıdır?
– Birinci kursdan təşkilatın bütün iclaslarında, tədbirlərində aktiv iştirak etmişəm. İdarə heyətinin strukturunu çox yaxşı tanıyıram. Təşkilat tərəfindən irəli sürülən bütün layihələrdə, sosial çarxların hazırlanmasında mənim də əməyim olub. Ulu Öndər Heydər Əliyevin 93 illiyinə həsr edilən “Ulu Öndəri xatırlayaq” və 20 Yanvar hadisələrini özündə əks etdirən videoçarxlar hazırlamışıq. Görünür, idarə heyəti fəaliyyətimi nəzərə alaraq, məni TGT sədrliyinə layiq görüb. 26 nəfərdən ibarət idarə heyətinin məni dəstəkləməsi həm qürurverici, həm də məsiliyyətlidir. Mən də sədrlik edəcəyim iki il müddətində onların mənə verdiyi etimadı doğruldacağıma söz vermişəm.
– İctimai işlərdə çalışmaq təhsilinizə maneçilik yaratmır ki?
-Heç bir maneçiliyi olmur. Çünki təhsil bizim üçün birinci yerdə durur. İşlərimizi elə qurmağa çalışırıq ki, sessiya zamanı imtahanlara hazırlaşmağa yetərincə vaxtımız qalsın.
– Bir çox gənclər ictimai işlərə daha çox maraq göstərirlər, sizcə bunun səbəbi nədir?
-İctimai fəaliyyət ilk öncə böyük təcrübə qazandırır və həmin təcrübəni praktiki formada tətbiq etmək imkanı verir. Bundan əlavə, ictimai fəaliyyət hər zaman yeni tanışlıqlar, geniş çevrə deməkdir. Biz təhsillə bərabər, təlimlər keçirməyi, layihələr hazırlamağı öyrənirik. İstər universitet daxilində, istərsə də digər universitetlərin tələbələri ilə münasibət qururuq, fikir mübadilələri aparırıq, diskussiyalar təşkil edirik. Məncə, bunlar bizim şəxsiyyət kimi formalaşmağımız üçün vacib amillərdəndir.
-Tələbələri təşkilata necə cəlb edirsiniz?
-İlk olaraq, tanışlıq görüşləri keçiririk, sosial şəbəkələrdə layihələrimiz, yarışlarımız barədə məlumatlar yayırıq. Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün futbol, şahmat turnirləri təşkil edirik. İntellektual yarışlarda iştirak etmək üçün onlara şərait yaradırıq. Bunlar da uğurlu nəticələr verir.
– Rəsul, təşkilatın işindən, uğurlarınızdan çox böyük həvəslə danışırsız. Bütün bu layihələrin, tədbirlərin həyata keçirilməsində sizə rəhbərlik tərəfindən köməklik göstərilirmi?
-Əlbəttə! Rəhbərliyin dəstəyini hər zaman üzərimizdə hiss edirik. Hər hansı bir layihə və ya tədbirin keçirilməsi ilə baglı müraciətimiz tez bir zamanda müsbət həllini tapır.
– Digər universitetlərin tələbə təşkilatları ilə əlaqələriniz varmıı?
-Bəli, var. VII hesabat-seçki konfransında bir neçə universitetin TGT sədri də iştirak edib. Tədbirlərdə, yarışlarda birlikdə iştirak edirik, birgə layihələr hazırlayırık, müzakirələr keçiririk. Fəaliyyətim dövründə münasibətləri daha da genişləndirməyi planlaşdırıram. Düşünürəm ki, qarşılıqlı əməkdaşlıq daha böyük uğurlara imza atmağımıza səbəb olacaq. Necə deyərlər, “Güc birlikdədir”.
– Gələcək layihələrinizlə baglı nə deyə bilərsiz?
-Planlarımız çoxdur. Dövlətin gənclər siyasətini dəstəkləyən bir təşkilat olaraq, ilk növbədə, buraya fəal gənclərin cəlb edilməsinə calışacam. Elmi seminarların keçirilməsi, tələbələrin praktiki biliklərinin artırılması üçün ustad təlimlərin təşkilinə üstünlük veriləcək. Xarici universitetlərin tələbə təşkilatları ilə əlaqələri daha da genişləndirəcəyik.
Tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif əyləncələrin, idman yarışlarının, intellektual oyunların həyata keçirilməsi prioritetlərimiz sırasındadır. Bundan başqa, müxtəlif nominasiyalar üzrə layihələr hazırlayacağıq. Fikrimcə bu, tələbələr arasında rəqabət yaratmaqla, onların ictimai aktivliyinin artmasına da səbəb olacaq.
Artıq gələn həftədən debat turnirlərimiz keçiriləcək. Hazırda Texnologiya və dizayn fakültəsinin “Gənc dizaynerlər”adlı layihəsi üzərində işlər gedir.
Bilirsiniz ki, UNEC-də bu ildən bir neçə layihəyə də start verilib. Onların arasında tələbələrlə birbaşa bağlı olan “Tədrisin keyfiyyəti tələbələrin gözü ilə” layihəsini xüsusi qeyd etmək istəyirəm. Layihəyə əsasən, tələbələr tədris prosesinin keyfiyyətini müəyyən edən əsas tərəflərdən olacaq. UNEC-in tələbə təşkilatlarının fakültələrdəki nümayəndələri mütəmadi olaraq, dərs prosesi ilə bağlı məlumatlar toplayacaqlar. Məlumatlar tələbə təşkilatlarının iştirakı ilə keçirilən görüşlərdə müzakirə ediləcək. Sonra həmin məlumatlar, təklif və şikayətlər əsasında fakültələr üzrə hesabat hazırlanaraq, universitet rəhbərliyinə təqdim olunacaq. Semestrin sonunda isə ortaya çıxan problem və onların həlli istiqamətində görülən işlər tələbələrlə müzakirə edilərək, müsbət dəyişikliklər barədə hesabat hazırlanacaq. Düşünürəm ki, layihə həm tədrisin, həm də müəllim-tələbə münasibətinin keyfiyyətinə öz müsbət təsirini göstərəcək.
UNEC TGT olaraq, bu layihədə aktiv iştirak edəcəyik. Fürsətdən istifadə edib bütün UNEC tələbələrini “Tədrisin keyfiyyəti tələbələrin gözü ilə” layihəsində fəal olmağa çağırıram.

2048 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna