UNEC və On Dokuz Mayıs Universitetinin tələbələrindən birgə layihə

12 MAY 2017 | VIEWS:
1920

UNEC tələbələri “Samsun Azərbaycan Təmsilçiliyi”nin üzvləri ilə görüşüblər.

“İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib. UNEC-in Maliyyə və mübasibat fakültəsinin III kurs tələbəsi, “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin sədri Səməd Rzazadənin rəhbərlik etdiyi nümayəndə heyəti On Dokuz Mayıs Universitetində fəaliyyət göstərən “Samsun Azərbaycan Təmsilçiliyi”nin üzvləri ilə görüşüb.

Görüşdə əməkdaşlıq çərçivəsində Azərbaycan-Türkiyə gəncləri arasında dostluq əlaqələrinin daha da sıx inkişaf etdirilməsi müzakirə edilib. Müxtəlif mövzularda maarifləndirmə işinin aparılması istiqamətində layihələrin həyata keçirilməsi barədə razılıq əldə edilib. Müzakirələrdə sosial problemlərin həlli istiqamətində müəyyən addımların atılması, Azərbaycan-Türkiyə arasında könüllü məktəbinin inkişafı, gənclərin maarifləndirilməsi və digər məsələlər barədə fikirlər səsləndirilib.

Sonda Azərbaycan və Türkiyə gəncliyi arasında körpü rolunu oynayacaq iki təşkilat əməkdaşlıq memorandumu imzalanıb.

 

1921 1