Universitetlərarası bilik yarışının qalibi – UNEC tələbələri

14 DEKABR 2017 | VIEWS:
1733

UNEC-də Ümummilli liderə həsr olunan intellektual yarış keçirilib.

“Nə? Harada? Nə zaman?” intellektual yarışı N.Nərimanov rayon İcra hakimiyyəti, Gənclər İdman idarəsi və UNEC Tələbə Gənclər Təşkilatı (TGT) ilə birgə keçirilib. UNEC-də təşkil olunan universitetlərarası yarışmada N.Nərimanov rayon Gənclər İdman İdarəsi, ali təhsil müəssisələri və TGT nümayəndələri iştirak edib.

Ölkənin 15 ali təhsil müəssisəsi arasında keçirilən bilik mübarizəsində UNEC, Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan Turizm və Menecment Universiteti finala vəsiqə qazanıb.

2 mərhələdə davam edən final yarışında Ulu Öndərin həyatı və ictimai-siyasi fəaliyyəti ilə bağlı suallar verilib. Komandaların gərgin mübarizəsi ilə keçən bilik yarışında UNEC komandası qalib olub. Azərbaycan Kooperasiya Universiteti 2-ci, Azərbaycan Turizm və Menecment Universiteti ilə 3-cü yerə layiq görülüb.

Sonda qaliblər diplom və medallarla təltif olunub.


1734 1