Əsaslı kitabxananın direktoru Bəxtiyarova Nəzifə Əliəşrəf qızı

Əlaqə tel: +(994) 12 492-77-39

12465 2

Kitabxana haqqında

Əsaslı Kitabxana  UNEC-in aparıcı struktur bölmələrindən biri olub, təlim-tərbiyə və elmi tədqiqat prosesini tədris, elmi, metodiki ədəbiyyatla və informasiya materialları ilə təmin edən və bilikləri təbliğ edən mənəvi və intellektual əlaqələrin yayılması mərkəzidir.

Kitabxana 1930-cu ildən, İqtisad Universitetinin əsası qoyulduğu vaxtdan fəaliyyət göstərir.

Kitabxanada aşağıdakı şöbələr fəaliyyət göstərir:

  1. Xidmət şöbəsi;
  2. Komplektləşdirmə və kataloq şöbəsi;
  3. Biblioqrafiya şöbəsi;
  4. Oxu zalı.

Əsaslı kitabxana ilə yanaşı 1 saylı tədris binasında geniş oxu zalı, 2, 3 və 4 saylı tədris binasında zəngin fondu olan kitabxana və oxu zalı fəaliyyət göstərir.

Hazırda ümumi sayı 250 000-ə yaxın olan kitab, kitabça (broşür), jurnal, qəzet, tədris proqramı, dissertasiya, avtoreferat, mikrofilm və digər təhsil-informasiya resurslarına sahib olan zəngin kitabxanamız geniş oxucu kütləsinə, ölkəmizdə iqtisadiyyat yönümlü mənbələr sahəsində nəinki universitetdaxili istifadəçilərin, həmçinin kənar istifadəçilərin də müraciət etdiyi əsas mərkəzlərdən birinə çevrilmişdir.

Kitabxana şəbəkəsində Azərbaycan, rus, türk və ingilis dillərində kifayət qədər yazılı, səsli və görüntülü təhsil-informasiya resursları əldə etmək mümkündür. Kitabxana hər il yeni nəşr olunmuş monoqrafiya, dərslik, dərs vəsaitləri, metodik göstərişlər hesabına fondunu zənginləşdirir, mütəmadi olaraq oxucuları dövri mətbuatla təmin edir.  Vaxtı ötmüş, zamanın tələblərinə cavab verməyən kitablar mütəmadi olaraq yeniləri ilə əvəz olunur.

Bununla yanaşı, universitetimizdə Elektron kitabxana da fəaliyyət göstərir ki, bunlar da müəllim və tələbələrimiz üçün geniş akademik və praktiki xarakterli informasiya resurslarına çıxış imkanları yaradır. Tam şəkildə kompyuterlə təchiz olunmuş elektron kitabxanada elektron kataloq sistemi, internet resurslarına sərbəst çıxış, daxili informasiya bazasında olan elektron kitabları birbaşa kompyuterdə oxumaq imkanları mövcuddur.

 

Məqsədi

  1. Azərbaycan Respublikası Konstitusiyasını, “Azərbaycan Respublikasının Təhsil haqqıında” Qanunu, “Kitabxana işi haqqında” Qanunu, dövlət və hökumət sənədlərini, Təhsil Nazirliyinin əmr, sərəncam və normativ sənədlərini, UNEC-in əmr və sərəncamlarını və həmçinin, Kitabxananın Əsasnaməsini rəhbər tutaraq fəaliyyət göstərmək;
  2. Tələbə, aspirant, bakalavr, magistr, doktorant, elmi işçi, professor-müəllim, mühəndis-texniki heyətə və universitetin digər kateqoriyadan olan oxucularının informasiya tələbatına və sorğusuna uyğun şəkildə kitabxana, məlumat-biblioqrafiya xidməti göstərmək;
  3. Universitetin profilinə və oxucuların informasiya tələbatına uyğun kitabxana fondunu formalaşdırmaq, ənənəvi çap məhsulu ilə yanaşı informasiya texnologiyasına keçmək, məlumat-biblioqrafiya aparatını yaratmaq və təkmilləşdirmək;
  4. İnformasiya mədəniyyətini tərbiyə etməklə bərabər, oxuculara kitabxananın məlumat-soraq aparatından və yeni informasiya texnologiyasından istifadə etmək bacarığını aşılamaq;
  5. Universitetin kafedraları, elmi ictimaiyyət və ictimai təşkilatlarla kitabxananın fəaliyyətini əlaqələndirmək;
  6. Kitabxana işlərində müasir texniki vasitələrdən istifadə etməklə, məlumat-biblioqrafiya və informasiya prosesini mexanikləşdirmək, avtomatlaşdırmaq və kompyüterləşdirməklə kitabxana xidmətinin formalarını genişləndirmək və təsərrüfat hesablı elementləri tətbiq etməklə kitabxananın maddi-texniki bazasını möhkəmləndirmək;
  7. Oxuculara və tənpərvərlik hissləri tərbiyə etmək, kitabxanaları humanistləşdirmək, ümumbəşəri dəyərlərlə istiqamətləndirmək, fondlarda toplanmış elmi, mədəni, mənəvi irsi təbliğ etmək və açıqlamaq, oxucuların informasiya tələbatını ədəbiyyatla təmin etmək;
  8. Ali məktəbin profilinə və oxucularınin formasiya fəaliyyətinə uyğun kitabxana fondunu formalaşdırmaq ənənəvi çap məhsulu ilə yanaşı yeni informasiya texnologiyalarına keçmək, məlumat biblioqrafiya aparatını yaratmaq və təkmilləşdirmək;
  9. İnformasiya mədəniyyətini tərbiyə etməklə bərabər oxuculara kitabxananın məlumat-soraq aparatından və yeni informasiya texnologiyasından istifadə etmək bacarığını aşılamaq;
  10. Yeni texnologiya rejimindəi şləmək üçün kadrların ixtisasını təmin edən proqram işləyib hazırlamaq və həyata keçirmək;
  11. Kitabxana xidmətini hərtərəfli demokratikləşdirmək;
  12. Oxuculara əsas kitabxana xidmətini pulsuz təmin etmək;
  13. Kitabxanalararası abonement və beynəlxalq abonement vasitəsilə kitabxanaların fondlarından qarşılıqlı surətdə istifadə etmək;
  14. Kitabxana fondu müvafiq qaydada tədris edilir və onların uçotu, qorunması, bərpası və sanitariya-gigyena normalarınau yğun mühafizəsitə

Hüquqları

  • Kitabxana və informasiya işi ilə əlaqədar elmi konfranslarda, serminarlarda, yığıncaqlarda təmsil etmək;
  • Kitabxana saxlanması xərcləri ali məktəbin ümumi smetasında nəzərə alınmalıdır;
  • Ali məktəbin kitabxanasının yerləşdiyi yer toxunulmazdır;
  • Kitabxananın direktoru və işçiləri mövcud qanunvericiliyə uyğun olaraq, kitabxana fondunun mühafizəsi üçün məsuliyyət daşıyır.

full8

full10

 *

Kitabxananın 2014-cü il üçün HESABATI

Kitabxananın 2014-cü il üçün fəaliyyətinin əsas göstəriciləri

Kitabxananın Xidmət şöbəsinin 2014-cü il üçün HESABATI

Kitabxananın Biblioqrafiya şöbəsinin 2014-cü il üçün HESABATI

YENİ KİTABLAR

 

Kitabxananın fondu haqqında:

Kitabxananın fondunda 267678 nüsxə ədəbiyyat var:

28245   nüsxəsi elmi;
215877 nüsxəsi
tədris;
16758   nüsxəsi
bədii;
6798     nüsxəsi  xarici ədəbiyyatdır.

1990-cı ildən bu günə qədər Kitabxana fondunda olan yeni ədəbiyyat:

Xidmət şöbəsi  – 65156 nüsxə

1saylı tədris binasında Oxu zalı –  6304 nüsxə

2 saylıtədris binasında filial kitabxansında  –   13756 nüsxə

3 saylı tədris binasında filial kitabxansında  –  5786 nüsxə

4 saylı tədris binasında filial kitabxansında   –   2546 nüsxə

unec (5) unec (6)

“Möhtəşəm yaxşı məkan”…. kitabxana (“Azərbaycan müəllimi” qəzeti – 13.03.2017)