Nəşriyyatın müdiri Hüseynov Kamil Ağakişi oğlu

Əlaqə tel: +(994) 12 492-65-09 

.                 +(994) 12 492-53-37

5877 1

Nəşriyyat haqqında

Azərbaycan Dövlət İqtisad Universitetinin nəşriyyatı 1972-ci ildən fəaliyyətə başlamışdır. Nəşriyyat bu illər ərzində minlərlə dərslik, dərs vəsaiti, metodik vəsait və metodik göstəriş,  tədris proqramları, monoqrafiya və külliyyatlar nəşr edərək müəllim və tələbələrin ixtiyarına vermişdir.

Müxtəlif illərdə nəşriyyata V.K.Şahmuradov, X.M.Cəfərov, İsabə Hüseynova (1996-2000), Nəriman Dünyamalıyev, Xankişi Dadaşov (2000-2006) rəhbərlik etmişlər. 2009-cu ildən şöbəyə Azərbaycan Jurnalistlər Birliyinin üzvü Kamil Ağakişi oğlu Hüseynov başçılıq edir. Nəşriyyatın baş redaktoru, peşəkar jurnalist, Jurnalistlər İttifaqının üzvü İsmət Həbibullah oğlu Səfərovdur.

*

Son illərdə nəşriyyatda 2400 adda müxtəlif təyinatlı çap məhsulları: dərsliklər, dərs vəsaitləri, metodiki göstəriş və vəsaitlər, fənn proqramları, monoqrafiyalar, müxtəlif formatlı elmi-praktiki konfransların materialları, tədris işində istifadə edilən çoxsaylı blanklar yüksək poliqrafik keyfiyyətdə və yüzminlərlə tirajla çap edilmişdir.

“İqtisad Universitetində tərcümə edilmiş dərsliklər” seriyası ilə iqtisad elmləri üzrə dünya çapında yer alan fundamental əsərlər kafedralarda ingilis, rus və digər dillərdən tərcümə olunaraq şöbədə nəşrə hazırlanır və yüksək poliqrafik keyfiyyətdə çap edilir. İndiyə kimi 50-yə yaxın tərcümə kitabı on minlərlə tirajla çap edilmişdir.