veliyev_cebrailVəliyev Cəbrayıl Xəlil oğlu

e-mail: [email protected]
[email protected]

28 Mart 1975-ci ildə Ermənistanın Krasnoselo rayonu Gölkənd kəndində anadan olub.

1992-ci ildə Abşeron rayonu Ceyranbatan qəsəbəsi orta məktəbini gümüş medalla bitirib. 1993-cü ildə Ankara Universiteti Şişli TÖMER-də Türk dili hazırlıq kursunu bitirib. 1998-ci ildə Türkiyənin Mərmərə Universitetində “Biznesin idarə edilməsi” (“İşletme”) ixtisasında bakalavr pilləsini bitirib. 2001-ci ildə Türkiyənin Yıldız Teknik Universitetində “Şirkətlərdə strategik idarə etmənin şirkətlərin təşkilati strukturlarına təsiri” müdafiə işi ilə “Biznesin idarə edilməsi (MBA) üzrə magistratura pilləsini bitirib. 2008-ci ildə Türkiyənin İstanbul Universitetində “İqtisadiyyat” ixtisası üzrə doktorantura təhsilini bitirib və “Azərbaycanda tədbiq olunan iqtisadi inkişaf politikaları; Kənd təsərrüfatı sektoru nümunəsində” doktorantura (PhD) dissertasiyasını müdafiə edərək,  İqtisad üzrə fəlsəfə doktoru (PhD) alimlik dərəcəsini almışdır.

2016-cı Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Almaniya İqtisadiyyat və Energetika Nazirliyinin GIZ təşkilatı ilə birgə layihəsi çərçivəsində Almaniyanın Baden-Württemberg əyalətində yerləşən Tübingen Export Academy-də menecerlərin ixtisas artırma kursunda iştirak etmişdir.

*

*
*
Hazırda Azərbaycan Dövlət İqtisad Universiteti, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin “İqtisadiyyat və idarəetmə” kafedrasının müəllimi və “Maliyyə” və “Mühasibat üçotu və Audit” ixtisasları üzrə proqram rəhbəridir.

“Kiçik biznes fəaliyyətləri və biznes planın hazırlanmasına dair təlimçilər üçün vəsait” kitabçası Beynəlxalq Miqrasiya Təşkilatının layihəsi çərçivəsində nəşr olunmuşdur. Özəl sektorda fəaliyyəti zamanı şirkət daxili idarəetmə standartları ilə əlaqədar kitabçaları şirkətdaxili vəsait kimi nəşr edilmişdir.

2021-ci ildə UNEC – UNEC Kiçik və Orta Biznes Tədqiqat və İnkişaf Mərkəzinin  rəhbəri vəzifəsinə təyin edilmişdir.

BMDM-nin Maliyyə, Mühasibat uçotu və audit ixtisasları üzrə proqram rəhbəridir.