Voleybol və futbolçularımızdan yeni qələbə

28 APREL 2016 | VIEWS:
2356

Aprelin 28-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadçı” voleybol və futbol komandaları ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən Respublika çempionatında yenidən qələbə qazanıb. UNEC-in “İqtisadçı” voleybol komandası Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandasına 2:0 hesabı ilə qalib gəlib. “İqtisadçı” futbol komandası isə 8:4 hesabı ilə Bakı Texniki kollecinin komandasını məğlub edərək növbəti oyun mərhələsinə vəsiqə qazanıb.

Komandalarımızı təbrik edirik!

*
Qeyd:
 Aprelin 27-də UNEC-in “İqtisadçı” futbol komandası Dəniz Balıq kollecinin komandasını 17:4, “İqtisadçı” voleybol komandası isə Bakı Slavyan Universitetinin “Slavyan” komandasını 2:0 hesabı ilə məğlub edib.

*
Respublika çempionatı haqqında

Ali təhsil müəssisələrinin tələbələri arasında Respublika çempionatı Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzi və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının birbaşa təşkilatçılığı ilə keçirilir. Respublika Çempionatının proqramına 10 idman növü daxildir. Bunlar mini futbol, basketbol, stolüstü tennis, şahmat, veloidman, badminton, voleybol, atletika, yunan-roma güləşi və sərbəst güləş idman növləridir.

2357 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser